Beynəlxalq şirkətin Azərbaycan üzrə rəhbəri olmağı bacarmış xanımın uğur sirri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq şirkətin Azərbaycan üzrə rəhbəri olmağı bacarmış xanımın uğur sirri – FOTO

12:15 - 23 / 07 / 2018
Beynəlxalq şirkətin Azərbaycan üzrə rəhbəri olmağı bacarmış xanımın uğur sirri – FOTO

Hazırki mətn redaksiya tərəfindən yazılmayıb və reklam hüququnda dərc edilir.

Sevindirici haldır ki, Azərbaycanda son illər  şəxsi biznesini qurub, uğur qazanan xanımların sayı günü-gündən çoxalır. Avstraliyada yerləşən “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Ülviyyə Cəlilzadə də belə xanımlar sırasındadır. Uğurlu iş xanımı olan Ülviyyə Cəlilzadə bir neçə ildə qazandığı uğur sirrlərini bölüşüb.

- Gənc olmağına baxmayaraq, artıq öz şəxsi biznesinizi quran Azərbaycan xanımlardansınız. Maraqlıdır, biznes quran zaman hansı səbəbdən məhz təhsil sahəsini seçdiniz?

- Artıq 6 ildir təhsil sahəsində çalışıram. Gənclərin gələcəyinin daha parlaq olması, onların daha uğurlu karyera qurmalarında kiçik də olsa köməyim olmasını istədiyim üçün bu sahəni seçmişəm. “International Group for Educational Consultancy” şirkətinin Azərbaycan nümayəndəliyi olaraq bu illər ərzində saysız gənci ABŞ, Kanada, Avstraliya və dünyanin bir çox ölkələrinə xaricdə dil öyrənməyə, bakalavr və magistr təhsili almağa göndərmişik. Fəxrlə qeyd edə bilərəm ki, həmin gənclərin əksəriyyəti təhsillərini yekunlaşdırıb vətənə geri dönəndən sonra uğurlu karyera sahibi olublar. Bu da mənim üçün qürurverici haldır. Onu da qeyd edim ki, biz tək xaricə tələbə göndərməklə  kifayətlənmirik, eyni zamanda xarici ölkələrdən Azərbaycana təhsil almaq üçün tələbələr gətiririk.

- IGEC beynəlxalq şirkətdir. Necə oldu ki, belə bir beynəlxalq şirkət sizinlə işləməyə başladı?

 - Əvvəlcə mən özüm təhsil şirkəti açmışdım. Xarici universitetlər ilə işləyirdim. Uğurlu işimi görən sonra “International Group for Educational Consultancy” şirkətinin rəhbəri mənimlə əməkdaşlıq etmək üçün müraciət etdi. Böyük məmnuniyyətlə təklifi qəbul etdim. Bir müddət əməkdaşlıq edəndən sonra uğurlu nəticələri gördülər və Avstraliyada yerləşən şirkətin Azərbaycan nümayəndəliyini açmaq qərarına gəldilər. Həmin gündən şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərirəm. 1000-dən çox universitet ilə əməkdaşlıq edirik. Bir çox təhsil şirkətlərinin əlaqə qura bilmədiyi universitetlərlə əməkdaşlıq qurmuşuq.

- Yəqin ki, işinizin görmədiyimiz, pərdəarxası çətinlikləri, qarşılaşdığınız problemlər olur...

- Kənardan təhsil sahəsində işləmək asan görünə bilər. Amma bu, çox böyük zəhmət tələb edən işdir. Mən sadəcə olaraq işimi sevirəm. Bu yolda uğurla addımlamağımın da sirri məhz işimi sevməyimdir. Hər bir biznes sahəsində olduğu kimi, biz də problemsiz ötüşmürük. İllər ərzində bəzi problemlərlə qarşılaşmışam. Amma bunların hər birinə sinə gərməyi bacarmışam.

Bəzən isə uğurlarımızı görüb və həzm edə bilməyənlər kiçik problemlərimizi sosial şəbəkələrə, bəzi media orqanlarına çıxarıb həqiqətdən uzaq məlumatlar yayırlar. Bizdən münasibət almadan birtərəfli məlumatlar yazırlar. Biz bunu normal qarşılayırıq. Əsas gördüyümüz işdir. “International Group for Educational Consultancy” şirkətinin fəaliyyəti və uğurları karyerasını qurmuş tələbələrimizdir. Düşünürəm ki, bu da bütün sualların cavabıdır.

- Sizə müraciət edən azərbaycanlı gənclər daha çox hansı xarici ölkələrin universitetlərində təhsil almaq istəyirlər?

- Azərbaycanlı gənclər Avstraliya, Kanada, İngiltərə, İtaliya və ABŞ-da təhsil almaq üçün daha çox müraciət edirlər. Son zamanlar isə ABŞ-da təhsil almaq üçün müraciət edənlərin sayı çoxalıb.

- Bəs Azərbaycanda ali təhsil almaq üçün hansı ölkələrin tələbələri müraciət edirlər?

- İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, İran, İraq və Fələstindən olan gənclər bizim vasitəmizlə Azərbaycanda təhsil almağa gəlirlər. Onlar Azərbaycanda, əsasən, mühəndislik və tibb sahələri üzrə təhsil almağa üstünlük verirlər.

- Biznes ilə məşğul olmaq, şəxsi biznesini qurmaq istəyən xanımlara nə məsləhət görərdiniz?

- Qadın uğurlu biznes qurmaq üçün ilk növbədə iddialı olmalıdır. O, qarşılaşacağı problemlərdən qorxmamalı və təmkinlə həmin problemlərin həllinə yol tapmalıdır. Biznesdə olduqları zaman problemlər də hər vaxt olacaq, sadəcə onlara səbirlə sinə gərməyi bacarmaq lazımdır. Uğur qazanmaq istəyən qadın çox işləməli, daha çox əziyyət çəkməli, istirahət etməməlidir. İstədiyinə nail olandan sonra qadın istədiyi kimi istirahətə vaxt tapacaq. Əsas qarşıya qoyulan məqsədə çatmaqdır.

Günel Əliyeva

Paylaş:
5699

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12
Bütün xəbərlər