“Beynəlxalq Şəffaflıq” təşkilatı: Azərbaycanın Korrupsiya Qavrama İndeksində mövqeyi yaxşılaşıb | 1news.az | Xəbərlər
Siyasət

“Beynəlxalq Şəffaflıq” təşkilatı: Azərbaycanın Korrupsiya Qavrama İndeksində mövqeyi yaxşılaşıb

18:20 - 22 / 02 / 2018
“Beynəlxalq Şəffaflıq” təşkilatı: Azərbaycanın Korrupsiya Qavrama İndeksində mövqeyi yaxşılaşıb

“Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan “2017-ci il Korrupsiya Qavrama İndeksi”nin nəticələrinə əsasən, Azərbaycan 180 ölkə arasında 122-ci sırada yer alıb. Azərbaycanın yeri və balı ötən illə müqayisədə bir pillə yaxşılaşıb.

“Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan nümayəndəliyi qeyd edir ki, son 5 il ərzində Azərbaycanın KQİ-də mövqeyində müsbət dinamika müşahidə olunur. Belə ki, Azərbaycan son 6 ildə KQİ-də mövqeyi 21 pillə yaxşılaşıb. “Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan nümayəndəliyi eyni zamanda bildirir ki, Azərbaycan Hökumətinin 2017-ci ildə iqtisadiyyat və dövlət xidmətləri sahələrində həyata keçirtdiyi islahatlar və sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırması Azərbaycanın indeksdəki yerinə müsbət təsir edib. Qeyd edilir ki, bu sahələrdə həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsinə ehtiyac var.

Bununla yanaşı, Azərbaycan Anti-Korrupsiya Akademiyasının Beyin Mərkəzi tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Milli Korrupsiya Barometri” hesabatı hazırlanmışdır. Milli Korrupsiya Barometrinin metodologiyası “Beynəlxalq Şəffaflıq” təşkilatının “Qlobal Korrupsiya Barometri” hesabatı əsasında tərtib edilib. Sorğunun keçirilməsində məqsəd dövlət tərəfindən həyata keçirilən tədbirlərin hansı dərəcədə effektiv olduğu ilə bağlı ictimai rəyi öyrənməkdir. Hesabat elmi-sosioloji metodologiyaya əsaslanan kəmiyyət cəhətdən qiymətləndirmə və statistik təhlil əsasında ölkənin 6 iqtisadi zonasında kütləvi sorğu vasitəsi ilə həyata keçirilib. Sorğu ölkənin 3 iri şəhər (Bakı, Sumqayıt və Gəncə) olmaqla, Bərdə, Masallı, Quba, Qəbələ, Sabirabad şəhərlərini əhatə etmişdir. Ümumilikdə 16 yaşdan yuxarı olan və əhalinin bütün demoqrafik, sosial-iqtisadi təbəqələrini əhatə edən 2574 nəfər ölkə vətəndaşının sorğuda iştirakı təmin olunub.

Tədqiqatın nəticələri göstərir ki, respondentlərin 78%-i Azərbaycanda korrupsiyanın səviyyəsinin azalmasını, 81%-i isə dövlət tərəfindən həyata keçirilən tədbirləri səmərəli hesab edir. Bu göstəricilər vətəndaşların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə siyasətinə inam və dəstəyini nümayiş etdirir.

Qeyd edək ki, “Beynəlxalq Şəffaflıq” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri”nin nəticələri Azərbaycanda respondentlərin 68%-nin dövlət tərəfindən həyata keçirilən tədbirlərin səmərəli olmasını göstərir. Bu hesabatın “2013-cü il Qlobal Korrupsiya Barometri”ndən 5 il sonra tərtib edilməsini və son illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatları nəzərə alaraq, 13% artım bu sahədə müsbət dinamikanın olmasını ortaya qoyur.

Vətəndaşların daha çox etimad göstərdikləri qurumlar sırasında Prezident Administrasiyası, “ASAN xidmət” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilk sıralarda yer tutur. Dövlət və kommunal xidmətlər sahəsində, ali və orta təhsil müəssisələrində, o cümlədən hərbi çağırış xidmətində korrupsiyanın səviyyəsinin azalması müşahidə olunur. Kommunal sahədə korrupsiyanın səviyyəsinin azalmasının əsas səbəblərindən biri Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti hesab edilə bilər.

Sorğu zamanı müəyyən edilmişdir ki, respondentlərin 81%-i son bir il ərzində rüşvət verməmişdir. Rüşvət verməyən respondentlərin 37.9%-i bunu hüquqlarını daha yaxşı bildikləri, 29.8%-i məsələləri rüşvətlə həll etmək istəmədiklərini və 5%-i cinayət məsuliyyətinə cəlb ediləcəyi səbəbindən vermədiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, sorğuda iştirak edənlərin ümumilikdə 76%-i korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiklə tanış olduğunu qeyd etmişdir. Bu isə onların hüquqlarını daha yaxşı bilmələrinə səbəb olub.

Sorğuda iştirak edənlərin yalnız 82.6%-i son bir il ərzində vəzifəli şəxslərdən şikayət vermədiyini qeyd edib. Ümumilikdə respondentlərin 76.3%-i korrupsiyaya qarşı mübarizədə fəal iştirak etmək istədiyini və 75.9%-i isə sadə vətəndaşın korrupsiyaya qarşı mübarizədə fərq yarada biləcəyini bildirib. Respondetlərin əksəriyyətinin bu prosesin aktiv iştirakçısı olmaq niyyəti Azərbaycan Respublikasında bununla əlaqədar həyata keçirilən tədbirlərin nəticəsidir. Belə ki, “İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulu, dövlət orqanları yanında ictimai şuralarının fəaliyyətinin və sayının genişləndirilməsi, dövlət qurumlarının sosial şəbəkələr və müxtəlif vasitələrlə vətəndaşlarla daimi ünsiyyəti o cümlədən vətəndaşların korrupsiya ilə əlaqədar müraciətlərlərinə çevik reaksiyasının göstəricisidir. Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün bütün tərəflərin, vətəndaş cəmiyyəti təsisatlarının, KİV-in, özəl sektorun o cümlədən vətəndaşların fəal iştirakı çox vacibdir.

Milli Korrupsiya Barometerinin respondentlərdən hansı tədbirlərin korrupsiyaya qarşı mübarizə sahəsində daha vacib olduğu sualına cavabında 32.4% “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini genişləndirilməsini, 26.9%-i cəza tədbirlərinin gücləndirilməsini, 19.5%-i maarifləndirmə tədbirlərinin genişləndirilməsini, 8.9%-i kadr islahatlarının aparılmasını, 7.4% dövlət qulluqçularının əməkhaqqılarının artırılması və 2.4% isə vəzifəli şəxslərin maliyyə gəlirlərinin açıqlanmasını göstərib.

Sonda qeyd edilməlidir ki, tədqiqat nəticəsində əldə olunan nəticələr Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində apardığı davamlı islahatların, siyasi iradə nümayişinin, innovativ alət və modellərin tətbiqi, institusional islahatların aparılması, həmçinin korrupsiya hüquqpozmalarının səmərli araşdırılması və effektiv cinayət təqibi tədbilərinin həyata keçirilməsi ilə korrupsiyanın qarşısının alınmasına hesablanmış strategiyanın uğurlu olduğunu sübut edir.

1news.az

Paylaş:
727

Son xəbərlər

Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08
Bütün xəbərlər