Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinə sədr təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinə sədr təyin edilib

14:42 - 19 / 02 / 2019
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinə sədr təyin edilib

Prezident İlham Əliyev Fərid Rauf oğlu Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər bir sərəncamla Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxs kimi müəyyən olunub. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

Qeyd edək ki, Fərid Şəfiyev buna qədər Azərbaycanın Çex Respublikasında səfiri olub. Dövlət başçısının bu gün imzaladığı başqa bir sərəncamla F.Şəfiyev Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

1news.az

 

Paylaş:
691

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər