Beynəlxalq dərəcəli ekspert Alum Bati tərəfindən “Müqavilə hüququ” adlı intensiv kurs - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq dərəcəli ekspert Alum Bati tərəfindən “Müqavilə hüququ” adlı intensiv kurs - FOTO

12:15 - 02 / 04 / 2018
Beynəlxalq dərəcəli ekspert Alum Bati tərəfindən “Müqavilə hüququ” adlı intensiv kurs - FOTO

ƏLA XƏBƏR! LAN  Law Chambers hüquq şirkəti ilə əməkdaşlığın nəticəsi olaraq biz Alum Bati tərəfindən aparılacaq intensiv “Müqavilə hüququ” kurslarına start veririk.

GİRİŞ

Müqavilələrin praktiki aspektləri barədə müqavilə hüququnun aparıcı hüquqşünaslarından biri olan Alum Batidən öyrənin. Əksər fiziki şəxslər və biznes sahibləri müqavilənin bağlanması və ya müqavilə şərtlərinin pozulmasının nəticələrini tam şəkildə anlamırlar. Təqdim ediləcək kurslar müqavilə ilə gələcəkdə işləmək üçün zəruri olan bilik və bacarıqları tədris edəcək və iştirakçılara müqavilə hüququnu əsas məqamlarını cəmləşdirən tam icmalını verəcəkdir.

BUNLARI ÖYRƏNƏCƏKSİNİZ:

  • Müqavilə kimin xeyrinə bağlanılır?
  • Müqavilə nə vaxt bağlanmış hesab olunur və onun hüquqi qüvvəsi?
  • Müqavilədə müvafiq ümumi terminlər necə şərh edilməlidir?
  • Müqavilə hansı qanunla tənzimlənməlidir?
  • Vergi qoyma müqavilənin predmetinə necə təsir edir?
  • Mübahisələrin hansı həlli üsulları mövcuddur və hansını seçməli?
  • Müqavilə hazırlama texnikası

SPİKER ALUM BATİ HAQQINDA

  • Alum London Universitetinin məzunu, eləcə də Vestminster Universitetinin Hüquq ixtisası üzrə məzun diplomunun və vəkil dərəcəsinin sahibidir (O, İngiltərə və Uels Vəkillər Kollegiyasının üzvüdür)
  • Alum Korporativ İdarəetmə üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İşçi Qrupu; Enerji Xartiyasının Katibliyinin Məsləhət panelində; Britaniya Gəmiçiliyinin Baş Şurasının vergi komitəsi; Vəkillər Assosiasiyasının Biznes Maliyyəsi və Sənayesi (İngiltərə və Uels) üzrə qanunvericilik islahatları komitəsi və Britaniya Sənayesi Konfederasiyasının Büdcə Təklifləri üzrə İşçi Qrupu daxil olmaqla bir sıra yüksək səviyyəli qurumlarda işləyib.
  • Alum hazırda LAN Law Chambers LLP hüquq şirkətinin İdarəedici Partnyoru və Britaniya Biznes Qrupunun Katibidir. O, həmçinin Azərbaycanda Amerika Ticarət Palatasının direktoru və vitse-prezidenti vəzifəsində çalışmışdır
  • Alum dörd Britaniya səfirinin Fəxri Hüquq Müşaviri olub
  • Alum BP-də menecer vəzifəsində işləyib və BP-nin Yaponiya ofisinin Hüquq və vergi şöbəsinin rəhbəri olub
  • Alum Azərbaycanda “Ernst &Young” şirkətini yaradıb və onun ilk ölkə direktoru olub
  • Alum “Salans” (hazırda “Dentons”-un bir hissəsi) qlobal hüquq firmasının Azərbaycan üzrə İdarəedici Partnyoru olub
  • Alum Müqavilə Hüququ üzrə Birləşmiş Krallıqda və Hüquq Professoru kimi Azərbaycanda mühazirələr keçirib.

BAŞLAMA: 14 aprel 2018-ci il

MÜDDƏT: 10 saat

GÜNLƏR:  həftə sonları (şənbə və bazar günləri) (Aprel 14-29)

VAXT: 10:00, 12:00

QİYMƏT: 400 AZN

DİL: İngilis dili

SERTİFİKAT:  təqdim ediləcək

QEYDİYYAT: https://goo.gl/forms/AfjpcPcR86w8rE6i1

HƏDƏF AUDİTORİYASI: Müqavilənin bağlanması sahəsində biliklərini təkmilləşdirmək istəyən hüquqşünaslar; danışıqlar zamanı müqavilənin müəyyən şərtlərinin əhəmiyyətini və nəticələrini bilmək istəyən iş adamları; müqavilələrin hazırlanması üzrə bilikləri əldə etmək ehtiyacı olan qeyri-hüquqşünaslar (hüquqşünasların köməkçiləri, HR mütəxəssislər və s.) daxil olmaqla, tələbələr və hüququ tətbiq edən hüquqşünaslar.

Daha ətraflı məlumat üçün:

+994 12 310 09 08 

+994 70 202 46 92

Reklam hüququnda

 

Paylaş:
2016

Son xəbərlər

Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47
Bütün xəbərlər