Beynəlxalq Bank Cahangir Haciyevin sürücüsünə 9 milyon manat kredit verib, özünün isə bankda limitsiz kartı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Bank Cahangir Haciyevin sürücüsünə 9 milyon manat kredit verib, özünün isə bankda limitsiz kartı olub

17:53 - 26 / 08 / 2016
Beynəlxalq Bank Cahangir Haciyevin sürücüsünə 9 milyon manat kredit verib, özünün isə bankda limitsiz kartı olub

Avqustun 26-da, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və bankın digər filiallarının direktorları İlqar Abdullayev və Yusif Ələkbərovun, “İnter Security” MMC-nin baş direkoru İbrahim Hüseynov və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az məhkəmə zalındakı müxbirinin verdiyi məlumata görə, məhkəmə hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılır.

Təqsirləndirilən şəxslərdən biri – Beynəlxalq Bank filialının sabiq rəhbəri İlqar Abdullayev bəyan edib ki, ABB-də 2004-cü ildə çalışmağa bağlayıb. 2014-cü ildə isə bankın Mərkəz filialına rəhbər təyin edilib:

“Bu vəzifədə çalışdığım müddətdə Cahangir Hacıyevi yalnız bir dəfə - məni bu vəzifəyə təyin edilən zaman İdarə Heyətinin iclasında görmüşəm. Yəni mənim iştirakımla hər hansı bir mütəşşəkil qrupdan söhbət gedə bilməz. Mən rəhbərliyim tərəfindən verilmiş tapşırıqları etmişəm və heç bir şeyi mənimsəməmişəm”.  

Prosesdə təqsirləndirilən digər şəxs Anar Sultanov bildirib ki, bankda 1997-ci ildən çalışmağa başlayıb və 2004-cü ildən 2014-cü illər ərzində bankın Mərkəz filialına rəhbər təyin edilib:

“Bankın qaydalarına əsasən, filial təminatsız 2000, təminatlı 5000 manat kredit verə bilərdi.  Bundan yuxarı məbləğ kreditlər İdarə Heyəti, kredit komitəsinin qərarı ilə ayrılıb. İstintaqa ifadəmi təsdiqləyirəm. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi. Baş idarə qərar verəndən sonra kredit ayrılmasında filial texniki rol oynayırdı. Banka müştərilər göndərilirdi, İdarə Heyəti qərar verirdi, biz də icra edirdik. Demək istəyirəm ki, bizim sırf texniki rolumuz olub”

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, C.Hacıyevin sürücüsü Aydın Mehdiyevə 9 milyon manat kredit verilib, Hacıyevin özünün isə limitsiz plastik kartı olub:

“Kreditlər həmçinin Cahangir Hacıyevin həyat yoldaşı Zamirə xanıma, eləcə də onun qızı Leylaya (sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini  - müəllif qeydi) verilirdi. Mən sadəcə olaraq bankın qərarlarını icra edirdim.

Belə ki, A.Mehdiyevə kredit verilməsi bankın İdarə Heyəti tərəfindən təsdiq edilirdi, bundan sonra mən bu qərarı həyata keçirirdim. Bununla belə, sürücünün imzasını saxtalaşdırmamışam, buna ehtiyac yox idi. Kredit 2009-cu ildə ödənilib. C.Hacıyev və onun ailə üzvlərinə kredit verilməsini özü tapşırırdı. Bir daha təkrar etmək istəyirəm ki, bu işdə rəhbərliyin tapşırığını etmişəm”.

O, bir daha qeyd edib ki, heç bir mütəşşəkil qruplaşmanın üzvü deyil və heç bir pulu da mənimsəməyib, sadəcə olaraq bank rəhbərliyinin tapşırıqlarına əməl edib.

Sonda təqsirləndirilən şəxsdən C.Hacıyevin qanunları pozmaqla bağlı əmrinin olub-olmaması sualı cavablandırarkən bildirib:

“Xeyr, tərəfimizdən bu cür göstəriş verilməyib”.

İclasda C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin tez-tez keçirilməsinə etiraz edib, bu səbəbdən hüquqlarını müdafiə etdiyi şəxslərlə məsləhətləşə bilmədiklərini deyib. Hakim isə qeyd edib ki, təqsirləndirilən şəxslər dindirildiyi üçün iclaslar bu rejimdə keçiriləcək.

Təqsirləndirilənlər həmçinin prokuror və vəkillərin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi davam edir.

Xatırladaq ki, C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Bununla yanaşı, C.Hacıyev fiziki şəxslərə verilmiş 47 milyon 144 min manat krediti mənimsəyib.

Ümumilikdə isə, C.Hacıyev Azərbaycan Beynəlxalq Bankına 211 milyon 597 min manat civarında ziyan vurub.

Onun həyat yoldaşı – Zamirə Hacıyeva istintaqdan yayınsa da, onun barəsində qiyabi həbs qəti-imkan tədbiri çıxarılaraq axtarışa verilib.

C.Hacıyevin məhkəmə prosesi avqustun 15-də başlanılıb və avqustun 24-nə qədər davam edib.

1news.az

Paylaş:
2359

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!Bu gün, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”Bu gün, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər