1news.az

Bəyanat: XİN rəhbərləri əhalinin sülhə hazırlanması tədbirləri üzrə razılığa gəliblər

17 Yanvar saat 09:22 ~ 2 dəqiqəlik oxu 160
Bəyanat: XİN rəhbərləri əhalinin sülhə hazırlanması tədbirləri üzrə razılığa gəliblər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.

1news.az xəbər verir ki, bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilib: “ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyanla məsləhətləşmələr aparıb.

Həmsədrlər ayrı görüş keçiriblər, sonra isə nazirlərlə görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edib. Bu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dördüncü görüşü idi”.

Bəyanatda qeyd olunur ki, Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi danışıqlara yekun vurub: “Həmsədrlər Yelisey sarayında qəbul edilib, orada onlar prezident Emmanuel Makronun əsas diplomatik müşavirlərinə məlumat veriblər.

İştirakçılar nazirlərə tərəflərin nəticələrə yönəldilmiş intensiv danışıqlara xidmət vəziyyətin qorunub saxlanılması üçün daim göstərilən səylərinə görə minnətdarlıqlarını bildiriblər.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələni müzakirə ediblər əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər”.

Bəyanatda həmçinin qeyd olunur ki, görüş zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və parametrləri, həmçinin danışıqların dinamikasına güclü təkan vermək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı növbəti addımları müzakirə ediblər: “Həmsədlər regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini vurğulayıblar.

Həmsədrlər yaxın vaxtlarda iki ölkənin başçıları ilə görüşməyi planlaşdırır”.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net