Benzin niyə bahalaşdı? - Deputat və iqtisadçı ŞƏRH edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Benzin niyə bahalaşdı? - Deputat və iqtisadçı ŞƏRH edir

14:25 - 20 / 08 / 2018
Benzin niyə bahalaşdı? - Deputat və iqtisadçı ŞƏRH edir

Məlum olduğu kimi, avqustun 19-dan Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Hazırda ölkəyə idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri orta hesabla təxminən, 1.35-1.4 AZN-ə başa gəlirdi. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət daha əvvəl  “Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstanda da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.

O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi "Premium Euro-95” və "Super Euro-98” markalı yanacaqdan istifadə edir. Bu məqamı nəzərə alan ekspertlərə görə, benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək.

Mövzunu 1news.az-a şərh edən millət vəkili Azər Badamov bildirib ki,  ümumiyyətlə, qiymət artımları arzulanan deyil.  Amma iqtisadiyyat bazar qanunlarına uyğun idarə olunduğundan bəzi hallarda artımlar qaçılmaz olur.

Deputatın sözlərinə görə, “Premium Euro-95” və “Super Euro-98” markalı benzilər ölkəmizdə istehsal olunmadığından xaricdən idxal edilir:

“Ona görə də idxal olunan mallar bazara uyğunlaşdırılmalıdır ki, idxalçı fəaliyyət göstərə bilsin. Qeyd etdiyim markalı benzinlərdə qiymət artımı gözlənilən və labüd idi. Əks halda, həmin benzinləri idxal edib satışını həyata keçirməkdə çətinlik yaranırdı. Amma 92 markalı benzin və dizel yanacağı Azərbaycanda istehsal olunduğundan həmin markalı yanacaqların qiymətləri dövlət tərəfindən tənzimlənir və qiymət artımı gözləmirəm”.

A.Badamov əlavə edib ki, ölkəmizdə istifadədə olan avtonəqliyyat vasitələrin 90%-ə qədərinin də 92 markalı benzin və dizel yanacağı işlətdiyini nəzərə alsaq deyə bilərəm ki, 95 və 98 markalı benzinlərin qiymətlərindəki artım iqtisadiyyatın hər hansı bir sahəsinə təsiri mümükün deyil və digər sahələrdə qiymət artımından söhbət gedə bilməz. Ona görə də hesab edirəm ki, hər hansı bir narahatlığa əsas yoxdur.

İqtisadçı ekspert Pərviz Heydərov isə 1news.az-a deyib ki, sözügedən benzin markalarının pərakəndə satış qiymətlərinin artması idxal xərcləriylə izah olunur:

“Belə ki, məlum olduğu kimi Aİ-95 ilə Aİ-98 markalı benzin məhsulları ölkə daxilində istehsal olunmur - kənardan gətirilir. Odur ki, hər iki markalı benzin məhsullarının pərakəndə satış qiymətləri dövlət tərəfindən müəyyən edilmir, yəni tənzimlənmir, sərbəst bazar qanunları əsasında təşəkkül tapır. Bu vəziyyət artıq 4 ildən çoxdur ki, hökm sürür. Belə ki, sözügedən benzin növlərinin qiymətləri dövlət tərəfindən tənzimlənən mallar siyahısından Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən çıxarılıb. Aİ-95 ilə Aİ-98-in qonşu ölkələrdə satış qiymətləri həqiqətən də bizdəkindən yüksək idi. Rusiyada bizim pul vahidi ilə 2 manata yaxındır. Gürcüstandan bundan bir az baha... Yeri gəlmişkən, dünya bazarlarında neftin qiyməti də 70 dollardan yüksəkdir. Ölkəmizdə sözügedən markalı benzinlərin qiymətləri axırıncı dəfə qaldırılanda neft 50-60 dollar civarında idi. Neft bahalaşırsa, neft məhsulları da qalxır".

1news.az

Paylaş:
1232

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər