Belçika səfiri: “Naxçıvan hətta Avropaya nümunə ola bilər...” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Belçika səfiri: “Naxçıvan hətta Avropaya nümunə ola bilər...”

14:26 - 22 / 09 / 2018
Belçika səfiri: “Naxçıvan hətta Avropaya nümunə ola bilər...”

Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə hətta bəzi Avropa ölkələri üçün nümunə ola bilər.

1news.az xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Naxçıvan MR-da “Avropa günləri”nin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Belçika şirkətləri Naxçıvanda günəş enerjisinin generasiyası sahəsində çalışırlar:

"Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışırlar, amma praktikada böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə deyilən hər bir iş yerinə yetirilir. Burada həqiqətən enerji təhlükəsizliyi təmin olunur. Ümid edirik ki, bu sahə gələcəkdə daha da inkişaf edəcək. Naxçıvan MR bərpa olunan enerji mənbələri sahəsinin inkişafında hətta bir çox Avropa ölkələri üçün nümunə ola bilər".

Finlandiyanın Azərbaycandakı səfiri Arya Makkonen isə vurğulayıb ki, ölkəsinin böyük bir şirkəti Naxçıvanda bərpa edilən enerji sahəsində fəaliyyət göstərir:

“Biz bu sahədə əməkdaşlığın inkişafında maraqlıyıq.  Naxçıvan MR rəhbərliyi bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Finlandiya şirkəti etibarlılıq və keyfiyyəti təmin edir".

P.Sultanova

Paylaş:
598

Son xəbərlər

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11
Bütün xəbərlər