BƏƏ-Azərbaycan ticarət əlaqələri - Diplomat yazır | 1news.az | Xəbərlər
Siyasət

BƏƏ-Azərbaycan ticarət əlaqələri - Diplomat yazır

16:10 - 27 / 06 / 2019
BƏƏ-Azərbaycan ticarət əlaqələri - Diplomat yazır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında  münasibətlər  2011-ci ildə BƏƏ-nin Bakıdakı səfirliyi açıldıqdan sonra  daha çox yaxın olub. Ümumilikdə, iki ölkə arasındakı münasibətləri iki dövr üçün təsnif etmək mümkündür: Birinci dövr səfirlik açılmazdan öncə, və ikinci dövr səfirliyin Bakıda fəaliyyətə başladıqdan sonrakı dövr.  

Əməkdaşlıq davamlı yolla inkişaf edib. Azərbaycan, əsasən, BƏƏ-yə meyvə, meyvə şirələri, qoz-fındıq, qida və metal məhsullar ixrac edir. BƏƏ isə Azərbaycana, əsasən, elektronika, yüksək texnologiya məhsulları, tikinti materialları və sənaye məhsulları ixrac edir.  Əlavə olaraq, polietilen polimer, mebel, maşın hissələri də, həmçinin, BƏƏ-nin Azərbaycana ixracatları sırasındadır.

BƏƏ və Azərbaycan birgə Hökumətlərarası İqtisadi Komitə təsis ediblər. Komitənin məqsədi ticarət və investisiyanı genişləndirməklə, gələcəkdə ikitərəfli investisiyalar və birgə layihələr üçün yeni təşəbbüslər  araşdırmaqla  iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Qarşılıqlı rəsmi səfərlər və görüşlər  iqtisadi əməkdaşlığa dair müzakirələrə və doqquz mühüm sektor üzrə gələcək əməkdaşlıq qurmağa yol açıb. Bu sahələrə kənd təsərrüfatı, bərpa olunan enerji, turizm, ətraf mühit, su, kommunikasiya, müasir texnologiya və hava nəqliyyatı daxildir. Ən önəmlisi BƏƏ və Azərbaycan böyük həvəs və inamla hər iki ölkədə bizneslər arasında əməkdaşlığın genişlənməsi naminə ticarət və investisiya imkanları yaratmaq üzərində çalışırlar.

Vurğulanmalıdır ki, ən önəmli görüşlərdən biri  hökumətlər arasında 2017-ci il aprel ayında BƏƏ-Azərbaycan birgə İqtisadi Komitənin 6-cı sessiyasında baş tutub. Ən mühüm layihə təşəbbüsləri məhz bu görüşdə razılaşdırıldı.  Belə layihələrdən biz DP World şirkəti,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Bakı Limanı arasında 2016-cı il sazişini xatırlayırıq.   Sənədə əsasən Azərbaycanda Ələt Azad Ticarət Zonası yaradılırdı. Bu əməkdaşlıq BƏƏ və Azərbaycan arasında ən uğurlu layihələrdən biri hesab olunur.  

Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk ofisinin məhz Bakıda açması da BƏƏ və Azərbaycan arasındakı əməkdaşlığın digər əsas məqamlarındandır. Beləliklə, Azərbaycanın paytaxtı birbaşa olaraq hər iki ölkədə iqtisadi artımı və ikitərəfli münasibətləri dəstəkləmiş olur.    

Azərbaycan BƏƏ şəhərləri ilə də spesifik olaraq biznes əlaqələri qurmağa davam edir. Buna missal olaraq, Azərbaycan tərəfindən iqtisadi nümayəndə heyətinin Şərca şəhərinə səfərini göstərə bilərik. Şərca Ticarət və Sənaye Palatasında tərəflər  hər iki ölkə üçün səmərəli olacaq inkişaf məsələləirni müzakirə ediblər.

Bütövlükdə, yaxın keçmişdə baş vermiş hadisələrə nəzər saldıqda, görürük ki, hər iki tərəf davamlı olaraq əməkdaşlığı gücləndirmək istiqamətində səylərini davam etdirir.  Bu ilin yanvar ayında Dubayda Azərbaycan Ticarət Evi açıldı.  Ticarət Evi müxtəlif sahələr üzrə Azərbaycana dair müfəssəl məlumat təminatı rolunu daşıyır. Qiymətləndirmələr göstərir ki, Ticarət Evinin fəaliyyəti BƏƏ-yə qeyri-neft ixracatını artıracaq.  Burada 600-dan artıq Azərbaycan məhsulu var. Rəqəmlər həm də 2017-ci il ilə müqayisədə 2018-ci ildə ikitərəfli ticarət dövrüyyəsinin 50.8%  artaraq, böyük potensiallı ikitərəfli əlaqələrin mövcudluğunu təsdiq edib.

Abdalla AlShamsi

Bakıdakı BƏƏ Missiya rəhbərinin müavini

Paylaş:
941

Son xəbərlər

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər