Bayram Səfərov: Məcburi köçkünlər prezident seçkilərində fəal iştirak edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Bayram Səfərov: Məcburi köçkünlər prezident seçkilərində fəal iştirak edəcəklər

16:23 - 16 / 03 / 2018
Bayram Səfərov: Məcburi köçkünlər prezident seçkilərində fəal iştirak edəcəklər

Bütün Azərbaycan vətəndaşları kimi, məcburi köçkünlər də aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal şəkildə iştirak edəcək, dövlətin, xalqın inkişafına və gələcəyinə səs verəcəklər.

1news.az xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Azərbaycanın böyük seçki təcrübəsinin olduğunu deyən B.Səfərov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə hazırlıq prosesini yüksək səviyyədə həyata keçirir: “Yerli və xarici müşahidəçilərin seçkiləri izləməsi üçün hər cür şərait yaradılıb. Hətta həmişəki kimi, seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə prosesini izləmək mümkün olacaq”.

Bir çox dövlətlərin Azərbaycanın seçki təcrübəsindən faydalanmalı olduğunu bildirən icma rəhbəri deyib: “Ölkəmizdə seçki prosesi şəffaf, ədalətli və demokratik prinsiplərə uyğun şəkildə həyata keçirilir. Müşahidələrimə əsasən, deyə bilərəm ki, hazırlıq işləri zamanı ölkə Konstitusiya, Seçki Məcəlləsi, eləcə də beynəlxalq hüquqa tam əməl olunur”.

Bu seçkilərə dünya ictimaiyyətinin də böyük maraq göstərdiyini deyən B.Səfərov bildirib ki, xeyli sayda xarici ölkə və beynəlxalq təşkilatların müşahidə missiyaları prezident seçkilərini izləmək üçün ölkəmizə səfər edirlər.

“Əminəm ki, aprelin 11-də hər kəs seçki məntəqələrinə gedərək öz namizədinə səs verəcək, ölkənin gələcəyini müəyyənləşdirəcək”,- deyə B.Səfərov vurğulayıb.

1news.az 

 

Paylaş:
560

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər