Bayram günlərində 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bayram günlərində 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq

20:12 - 16 / 03 / 2018
Bayram günlərində 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq

Ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, bayram günləri ərzində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Maliyyə Bazarlarına Nəzarət Palatası paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bakıda yerləşən 6 bankın 8 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Azər Quluyev

Mobil: +994 70 922 29 99

E-mail: [email protected] 

Martın 20-26-da çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az  saytında tanış olmaq olar.

1news.az

Paylaş:
563

Son xəbərlər

Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10
Bütün xəbərlər