1news.az

Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi

23 Fevral saat 17:38 ~ 1 dəqiqəlik oxu 134
Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi

Bakıda Bayıl yamacında baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən mənzillərin sahiblərinə kirayə haqları üçün kartlar paylanılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından onlara plastik kartlar təqdim olunub. Kartlar Azərbaycan Beynəlxalq Bankından verilib:

"Fevral ayının kirayə haqqını şəxsiyyət vəsiqəmizi təqdim etməklə aldıq. Mart ayından etibarən kirayə haqlarını plastik kartla alacağıq".

Sakinlər bildirirlər ki, plastik kartlar 67 ailəyə verilib. Qalan ailələrə isə kirayə haqları hələlik ödənilməyib.

Xatırladaq ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net