Bayıl yamacındakı sürüşmə ilə bağlı sahibkarlarla görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayıl yamacındakı sürüşmə ilə bağlı sahibkarlarla görüş keçirilib

16:24 - 16 / 02 / 2018
Bayıl yamacındakı sürüşmə ilə bağlı sahibkarlarla görüş keçirilib

Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlərdə Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir.

Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.

İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyatı qurumlara Bayılda tikintisi aparılan və aparılacaq pilot layihələrin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.

Eldar Əzizov bildirib ki, ölkə başçısı İlham Əliyev ölkədə sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, onun səyləri ilə artıq Azərbaycanda milli sahibkarlar təbəqəsi yaranıb. Dövlət qurumlarından onların fəaliyyətinə hər cür köməklik göstərilməsi tələb olunur. Səbail rayonunda həyata keçirilən bütün pilot layihələr Prezidentin göstərişlərinə uyğun olaraq təmiz əllərlə, tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir. 

Eldar Əzizov qeyd edib ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bununla əlaqədar sahibkarlar bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların  köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol  verməməlidirlər.

Sonda iştirakçılara Fövqəladə Hallar Nazirliyi tərəfindən Bayıldakı sürüşmənin tarixi, buradakı prosseslərin gedişi, görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat xarakterli film göstərilib.

Sonra film ətrafında geniş müzakirələr aparılıb.

1news.az

Paylaş:
696

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər