Baş redaktor: Belələrində heç tula qədər də sədaqət yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Baş redaktor: Belələrində heç tula qədər də sədaqət yoxdur

09:36 - 15 / 05 / 2019
Baş redaktor: Belələrində heç tula qədər də sədaqət yoxdur

“Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, siyasi çəkisi durmadan artır.

Möhtərəm Prezidentimiz mütəmadi olaraq xarici ölkələrdə rəsmi və işgüzar səfərlərdə olur, eyni zamanda xarici ölkələrin dövlət və hökumət başçılarını respublikamızda qəbul edir, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur, faydalı əməkdaşlıqlar qurulur və daha da genişləndirilir. Dövlətimizin başçısı xarici səfərlərdə keçirdiyi görüşlər zamanı Azərbaycanın haqlı mövqeyini, həqiqətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırır, xalqımızın, dövlətimizin milli maraqlarını müdafiə edir. Məhz bu, Azərbaycanı dünyada güclü, söz sahibi edən əsas amillərdən biridir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bu uğurlarını gözü götürməyən bəzi daxili və xarici düşmənlər hər fürsətdə öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar: “Təəssüf ki, milli mənsubiyyəti azərbaycanlı olan belələrinə də rast gəlirik. Xaricdə oturub adını azərbaycanlı qoyan, lakin bu Vətənə layiq olmayan, bu dövlətə ermənidən daha kəskin şəkildə düşmən mövqedə duran belə ünsürlər ermənilərin və ermənipərəst qüvvələrin diktəsi altında hərəkət edirlər. Məqsəd isə birdir: Azərbaycanın nüfuzunu ləkələmək, onu gözdən salmaq, bununla da öz “ağalarının” tapşırıqlarını yerinə yetirmək və qarşılığında “tula payı” almaq. Ancaq iş orasındadır ki, belələrində heç tula qədər də sədaqət yoxdur”. 

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bugünlərdə Brüsseldə bir neçə xəyanətkarın Azərbaycan Prezidentinin dayandığı otelin qarşısında aksiya keçirmək cəhdi də ölkəmizə qarşı aparılan çirkin siyasətin növbəti təzahürüdür: “Ermənilərin və ermənipərəst qüvvələrin əlində sadəcə alət, vasitə olan bu kimi antimilli ünsürlər pul qarşılığında Vətəni, torpağı satmağa hazır olan küçə təfəkkürlü canlılardır. Onlar normal insana məxsus şərəf, ləyaqət, heysiyyat və bu kimi digər anlayışlardan məhrumdurlar. Çünki normal düşünən heç bir insan öz xalqına, dövlətinə bu pisliyi, xəyanəti etməz. Göründüyü kimi, onlar üçün pul Vətəndən, şərəf və ləyaqətdən daha üstündür. Hesab edirəm ki, xalqımız bu cür ünsürlərin qiymətini və cavabını çoxdan verib. Belələrinə qalan isə onun-bunun qabağında quyruq bulayıb, şərəfsiz və ləyaqətsiz ömür sürmək olacaq...”

S.Xankişiyeva

 

Paylaş:
491

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər