Baş prokurorluq: Zaqatala Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokurorluq: Zaqatala Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil

11:50 - 16 / 08 / 2019
Baş prokurorluq: Zaqatala Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil

Baş Prokurorluq Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, 4 aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olub. M.Feyzullayevin intahar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
821

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər