Baş konsul: Dubayda Azərbaycan Ticarət Evi açılacaq | 1news.az | Xəbərlər
Siyasət

Baş konsul: Dubayda Azərbaycan Ticarət Evi açılacaq

09:53 - 22 / 10 / 2018
Baş konsul: Dubayda Azərbaycan Ticarət Evi açılacaq

Son iki ay ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələnlərin sayı ikiqat artıb və ölkələrimiz arasında iyul ayından tətbiq edilən yeni viza rejimi yaxın gələcəkdə turistlərin sayını daha da artıracaq.

1news.az xəbər verir ki, bunu Azərbaycanın BƏƏ-dəki baş konsulu Cavidan Hüseynov Gulf News-a müsahibəsində deyib.

Diplomat bildirib ki, Azərbaycan BƏƏ vətəndaşlarını viza rejimini sadələşdirdiyi ölkələrin siyahısına əlavə edib: 

"Hava limanlarında viza əldə edilməsi siyasətinə cari ilin iyulun 26-da başlanılıb. Bundan sonra BƏƏ-dən Azərbaycana turist axını iki dəfə artıb.

İndi BƏƏ vətəndaşlarının  rahatlıqla Azərbaycana səfərləri təşkil edilə və onlar Azərbaycanın aeroportlarından turist vizasını ala bilərlər ".

Baş konsul hazırda Abu-Dabidən, Dubaydan və Şarca şəhərlərindən Bakıya birbaşa aviareyslər həftədə 30-a çatdırıldığını, bunun da biznes dairələri, xalqlar arasında əlaqələrin artırılmasına xidmət etdiyini vurğulayıb. 

C.Hüseynov əlavə edib ki, BƏƏ-də, əsasən də Dubayda təxminən 7 min nəfər azərbaycanlı yaşayır. Onların 10% -i ictimai sektorda, xüsusilə də energetika sahəsində, digərləri turizm, təhsil, media kimi müxtəlif sahələrdə işləyir və öz bizneslərini idarə edir. Azərbaycan ərzaq məhsulları, meyvə və tərəvəz, qoz-fındıq, avtomobil hissələri və yanacaq mühərriklərini BƏƏ-yə ixrac edir və BƏƏ-dən isə elektrik texnikası, nəqliyyat vasitələri və ehtiyat hissələri, kimyəvi maddələr, sürtkü yağları, tikinti materialları və aksesuarlar idxal edir.

İki ölkə arasında ticarətin daha da asanlaşması üçün ilin sonuna qədər Dubayda ticarət ofisinin açılışı olacaq: 

"Ticarət nümayəndəsi artıq təyin edilib, ofis fəaliyyət göstərir. Bu, yeni addım BƏƏ-də Azərbaycan məhsullarının və mallarının təbliğinə yönəlib və əlbəttə ki, əsas məqsəd ölkələrimiz arasında ikitərəfli ticarətin genişləndirilməsidir".

P.Sultanova

 

Paylaş:
1207

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər