“Barselona”nın futbolçuları azərbaycanlı rəssamın əsərlərini almaq istəyirlər – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Barselona”nın futbolçuları azərbaycanlı rəssamın əsərlərini almaq istəyirlər – VİDEO

12:36 - 22 / 01 / 2018
“Barselona”nın futbolçuları azərbaycanlı rəssamın əsərlərini almaq istəyirlər – VİDEO

Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi üsulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.

1news.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, o, ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir.

İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırladığını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.

Lalə Əsgərovanın sözlərinə görə, millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı, dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. Hətta məşhur futbolçu Suares də Lalə xanımın iki əsərini alıb. Eyni zamanda “Barselona” klubunun digər futbolçuları da həmçin əsərləri almaq istədiklərini bildiriblər.

Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.

Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. O, bu iş vaxt aparan və səbir tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.

1news.az

Paylaş:
1137

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər