“Barselona” “İnter”ə “2” verdi, “Liverpul”dan darmadağın | 1news.az | Xəbərlər
Futbol

“Barselona” “İnter”ə “2” verdi, “Liverpul”dan darmadağın

09:24 - 25 / 10 / 2018
“Barselona” “İnter”ə “2” verdi, “Liverpul”dan darmadağın

Oktyabrın 24-də UEFA Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, turun mərkəzi qarşılaşması “Nou Kamp” stadionunda baş tutub. İspaniya çempionu "Barselona" İtaliyanın "İnter" klubunu qəbul edib. İlk dəqiqələrdən özünəxas oyun nümayiş etdirən kataloniyalılar birinci hissənin sonunadək topa nəzarət edib və rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, hesab 32-ci dəqiqədə açılıb. Luis Suarezin ötürməsini əsas heyətdə Lionel Messini əvəz edən Rafinya dəqiq zərbə ilə tamamlayıb - 1:0.

Fasilədən sonra ispanlar hesab arasındakı fərqi iki topa çatdırıb. İvan Rakitiçin sahəsində Jordi Alba topu qapıdan keçirdib. Bu da oyunda son qol olub.

Turun digər maraq doğuran oyunu Fransada keçirilib. PSJ İtaliyanın "Napoli" klubunu qəbul edib. Qarşılaşmanın favoriti fransızlar sayılsa da, hesabı qonaqlar açıb. Maria Kalyexonun effektli ötürməsi Lorenso İnsinyanı rəqibin qapıçı ilə təkbətəkə çıxardıb. Sonuncu fürsəti əldən verməyib - 0:1. Birinci 1:0 "Napoli" klubunun üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra hücumları artıran PSJ qarşılaşmanın 61-ci dəqiqəsində hesabı bərabərləşdirib. Belə ki, fransızların cinah müdafiəçisi Toma Mönye hücuma qoşularaq cərimə meydançasına ötürmə verən zaman top "Napoli" oyunçusunun ayağına dəyərək (Mario Rui) qapıdan keçib - 1:1. Qoldan on altı dəqiqə sonra neapolılar yenidən hesabda irəli keçib. Dris Mertens adını tabloya yazdırıb - 1:2. Bu da oyunda son qol olmayıb. Oyunun baş hakimi əsas vaxta əlavə eləmiş üçüncü dəqiqəsində Anxel Di Mariya matçda son nöqtəni qoyur. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

İngiltərənin "Tottenhem" klubu səfərdə Niderlandın PSV klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri açıb. İngilisləri əks hücumda yaxalayan Hirving Lozano adını tabloya yazdırıb - 1:0. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış "Tottenhem" klubu hesabı bərabərləşdirib. Belə ki, Kristian Eriksen, Kiran Tripyer və Lukas Maura kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb - 1:1. Birinci hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsinin 55-ci dəqiqəsində ingilislərin əsas qol silahı sayılan Hari Keyn Kristian Eriksenin cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Matçın 79-cu dəqiqəsində londonluların qapıçısı Higo Loris kobud oyununa görə hakim tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 87-ci dəqiqəsində PSV klubu yenidən hesabı bərabərləşdirib. Luk de Yonq oyunda son nöqtəni qoyub.

Oktyabrın 24-də keçirilən turun bütün oyunlarının nəticələri:

A qrupu

"Brügge" - "Monako" - 1:1

"Borussiya Dortmund" - "Atletiko Madrid" - 4:0

B qrupu

"Barselona" - "İnter" - 2:0

PSV - "Tottenhem" - 2:2

C qrupu

"Liverpul" - "Srvena Zvezda" - 4:0

PSJ - "Napoli" - 1:2

D qrupu

"Qalatasaray" - "Şalke" - 0:0

"Lokomotiv" - "Porto" - 1:3

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 4-cü turu noyabrın 7-də və 8-də keçiriləcək.

1news.az

Paylaş:
577

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər