BANM və TP Engineering arasında müqavilə imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM və TP Engineering arasında müqavilə imzalanıb

09:34 - 18 / 12 / 2017
BANM və TP Engineering arasında müqavilə imzalanıb

 Bakı Ali Neft Məktəbi (BANM) və TP Engineering şirkəti arasında  əməkdaşlıq haqqında memorandum imzalanıb.

1news.az-a BANM-dan verilən məlumata görə,  memoranduma əsasən Ali Məktəbin tələbələri Avropa, Rusiya və Yaxın şərqdə mühəndislik üzrə xidmətlər göstərən, bu sahədə müxtəlif layihələr həyata keçirən TP Engineering şirkətilə yeni layihələr çərçivəsində əməkdaşlıq edəcək, həmçinin müxtəlif təlimlər keçəcək.

BANM-də keçirilən  imzalama  mərasimində Ali Məktəbin rəhbərliyi, müəllimləri və tələbələri, TP Engineering şirkətindən isə Baş menecer Rüstəm İsmayılov, Layihə meneceri Arunas kontutis və digər nümayəndələr iştirak edib.

Ali Məktəbin rektoru Elmar Qasımov şirkətin rəhbərliyinə BANM-ə olan böyük marağına və göstərdiyi təşəbbüsə görə təşəkkür edib. Rektor TP Engineering şirkətinin layihələrinin və onun həm mühəndis, həm İT mütəxəssislərindən ibarət heyətinin tələbələrin  profesional inkişafında böyük rol oynayacağına əmin olduğunu bildirib. 

Tədbirdə Rüstəm İsmayılov BANM və TP Engineering-in nəzərdə tutulmuş gələcək əməkdaşlıq istiqamətlərindən bəhs edən prezentasiya ilə çıxış edib. O şirkətin tələbələr üçün nəzərdə tutduğu 4 mərhələli inkişaf prorqamını təqdim edib. Proqrama əsasən ilkin fazada tələbələrə şirkət tərəfindən seminar və treninqlər keçiriləcək, ikinci fazada tələbələr müxtəlif sistemlərdə problemlərin həlli üzərindən test ediləcək, üçüncü fazada tələbələr müxtəlif transmilli şirkətlərdə təcrübə proqramı keçəcək, sonuncu fazada isə onlar həmin şirkətlərin real layihələri üzərində çalışacaqlar. 

Tələbələr təqdimata böyük maraq göstərərək sonda baş menecerə çoxlu suallar ünvanlayıblar. Qeyd edək ki, proqramın növbəti ilin ilk aylarından reallaşdırılması nəzərdə tutulur.

1news.az

 

Paylaş:
547

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər