BANM və MGİMO arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM və MGİMO arasında Anlaşma Memorandumu imzalanıb

12:08 - 23 / 02 / 2018
BANM və MGİMO arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) nümayəndə heyəti ilə görüşüb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, başda MGİMO-nun ümumi işlər üzrə prorektoru Malgin Artem olmaqla nümayəndə heyətinə Azərbaycan Respublikasının Rusiya Federasiyasında ticarət üzrə nümayəndəsi və MGİMO-nun ekologiya və təbii sərvətlər ilə əlaqəli beynəlxalq kompleks problemləri üzrə kafedrasının müdiri Ruslan Əliyev, MBA (biznes idarəçiliyi üzrə magistr proqramı) proqramının rəhbəri Belova Mariya və bu proqramın tələbə və məzunları olan Rusiyanın aparıcı şirkətlərinin rəhbər nümayəndələri daxildirlər.

Bu şirkətlər arasında  PromResurs MMC, “Gazpromneft”  ASC, VYGON Consulting, “Varyeganeft” ASC, “Gazpromneft” v s. kimi neft-qaz sektorunun öndə gedən şirkətləri daxildir. 

Görüşdə rektor Elmar Qasımov qonaqları Ali Məktəbin kampusunda görməkdən məmnun olduğunu bildirərək, MGİMO-nun fəaliyyətini yüksək qiymətləndirib və onun məzunlarının hər zaman seçilən və uğurlu şəxsiyyət olduqlarını bildirib. Daha sonra rektor MGİMO-nun və şirkətlərin nümayəndələrinə BANM-ın tarixi, fəaliyyəti, uğurları haqqında məlumat verib.

MGİMO-nun ümumi işlər üzrə prorektoru Malgin Artem Azərbaycanda BANM kimi ali təhsil müəssisənin olduğunu və Ali Məktəbin qısa dövr ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini bildirib.

Daha sonra tərəflər arasında iki tanınmış ali təhsil müəssisəsi arasında gələcəkdə nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərinin detalları müzakirə olunub və buna dair anlaşma memorandumu imzalanıb.

Qonaqlar görüşün sonunda Ali Məktəbin yeni kampusunu gəzərək ordakı yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.

S.Xankişiyeva

 

 

Paylaş:
556

Son xəbərlər

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27
Bütün xəbərlər