BANM SOCAR-ın III Beynəlxalq Forumunu konfrans ilə yekunlaşdırır | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM SOCAR-ın III Beynəlxalq Forumunu konfrans ilə yekunlaşdırır

12:31 - 25 / 04 / 2018
BANM SOCAR-ın III Beynəlxalq Forumunu konfrans ilə yekunlaşdırır

Bakı Ali Neft Məktəbinin (BANM) və “Confidence Capital” (Böyük Britaniya) şirkətinin təşkilatçılığı ilə keçirilən və Ümummili Lider Heydər Əliyevin 95 illiyinə həsr olunan SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” adlı III Beynəlxalq Forumu artıq üçüncü gündür ki, davam edir.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, forumun 4 günlük proqramına əsasən bu gün “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfrans keçirilir.

Konfransda çıxış edən BANM-ın rektoru Elmar Qasımov bütün iştirakçıları salamlayaraq Konfransı açıq elan etdi. Konfransda çıxış edəcək məruzəçilərə və iştirakçılara uğurlar arzu edən rektor Elmar Qasımov, Bakı Ali Neft Məktəbinin SOCAR-ın III Beynəlxalq Forumuna və onun çərçivəsində keçirilən Beynəlxalq Konfransa ev sahibliyi etməsindən böyük sevinc hissi keçirdiyini qeyd etdi.

Dörd sessiyadan ibarət olan Konfransın ilk sessiyası “Azərbaycanın köhnə neft-kimya müəssisələrinin modernizasiyası ilə bağlı nəticələrin təhlili və yeni müəssisələrin işə salınması” haqqında məruzələrə həsr olundu. Bu sessiyada 3 məruzəçi - SOCAR Karbamid zavodunun direktoru Xəyal Cəfərov, “Azərikimya” İstehsalat Birliyinin İnvestisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev çıxış etdilər.

“Xəzər bölgəsi ölkələrin neft-kimya istehsalı və neft emal zavodlarının texniki durumu və məhsulları”na həsr olunan ikinci sessiya və “Neft və qaz emalı sahəsində ən yeni texnologiyalar” adlı üçüncü sessiyanın hər birində isə 3 məruzəçinin çıxışı nəzərdə tutulub.

Konfransın dördüncü sessiyası isə dörd əcnəbi qonağın “Neft emalı zavodlarında yeni informasiya texnologiyalarının tətbiq olunması: İdarə olunmasının effektivliyinin artırılması” mövzusunu əhatə edəcək məruzələrindən ibarət olacaq.

SOCAR-ın III Beynəlxalq Forumu çərçivəsində həyata keçirilən “Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası – layihələrin həyata keçirilməsi və texniki həllər” adlı konfransda müxtəlif ölkələrdən 250-dən çox menecer və expert iştirak edir.

Qeyd edək ki, SOCAR-ın III Beynəlxalq Forumunun rəsmi hissəsinə bu gün bağlanış mərasimi ilə yekun vurulacaq. Forumun sonuncu günü  - 26 aprel  isə iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıt neft-kimya kompleksinə texniki səfər təşkil olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
428

Son xəbərlər

Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44
Bütün xəbərlər