BANM-ın tələbəsi “Global Startup Weekend Women” startup yarışın qalibi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbəsi “Global Startup Weekend Women” startup yarışın qalibi oldu

09:57 - 22 / 02 / 2018
BANM-ın tələbəsi “Global Startup Weekend Women” startup yarışın qalibi oldu

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbəsi Səkinə Nağızadə “Global Startup Weekend Women”- qadınlar arasında keçirilən startup yarışının Bakı finalında qalib olub.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Next Step İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən yarışa qatılmaq üçün 50-dən çox müraciət olunmasına baxmayaraq cəmi 11 komanda Bakı finalında iştirak hüququ qazanıb.“Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda Ali Məktəbin ikinci kurs tələbəsi Səkinə Nağızadə və onun TalentPort komandası qalib olub. Komandanın təqdim etdiyi layihə tələbələr və fiziki məhdudiyyətli insanların məşğulluğunun yarımştat işlə təmin olunması platformasının yaradılmasından ibarət olub. Qeyd edək ki, bu platformadan  şirkətlər də yararlanacaq. Belə ki, onlar vaxta qənaət edərək, uyğun  və potensial gənc kadrlarla təmin olunmuş olacaqlar.

Qalib komanda RCI Bank & Services, AccorHotels, Air France, Wavestone, Air Liquide, La Tribune kimi qlobal sponsorlardan Parisə uçuş bileti, Accor oteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda Next Step İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazanıblar.

Qeyd edək ki, Səkinə Nağızadə 7 mart tarixində Fransanın Paris şəhərində 23 ölkə arasında keçiriləcək Böyük Finalda iştirak edərək Azərbaycanı təmsil edəcək. 

S.Xankişiyeva

 

 

Paylaş:
679

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər