BANM-ın tələbələri yaz semestrini Yunanıstanda təhsil alacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri yaz semestrini Yunanıstanda təhsil alacaqlar

10:14 - 21 / 02 / 2018
BANM-ın tələbələri yaz semestrini Yunanıstanda təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi 2017/2018-ci tədris ilinin yaz semestrində  təhsillərini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS)  davam etdirəcəklər. Erasmus+ proqramı çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 5 tələbəsi Yunanıstana göndərilməsi qərara alınıb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ali Məktəbin rektoru Elmar Qasımov, tələbələri yola salmazdan əvvəl onlarla görüş keçirib. Görüşdə həmçinin tələbələrin valideynləri və yaxınları da iştirak ediblər.

Rektor qeyd edib ki, bu hadisə tələbələrin həyatında önəmli yer tutacaq, onların dünyagörüşlərinin daha da təkmilləşməsinə və biliklərinin artmasına öz müsbət təsirini göstərmiş olacaq.       

Görüşdə valideynlər tələbələr üçün göstərdiyi diqqət və qayğı, eyni zamanda onların potensial kadr kimi yetişməsi üçün atdığı bütün addımlara görə rektora öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sonuncu kurs tələbələri olan Məmməd Cəbrayılov, Rəhim Rəhimli, Şamil Ömərov və Qulu Quluyev elmi yaradıcılıq və tədqiqat fəaliyyətlərini, BANM-ın "Əşyaların interneti" adlı laboratoriyasında gördüyü işləri, akademik göstəriciləri və sosial fəallığını nəzərə alaraq seçiliblər və buraxılış işlərini Pirey Tətbiqi Elmlər Universitetində bitirmək şansı əldə ediblər. Digər bir tələbə - üçüncü  kursda təhsil alan Nicat Həsənov isə bir semstrlik BANM-da keçəcəyi fənnlərinin eynisini PUAS-da keçəcək.  

S.Xankişiyeva

 

       

Paylaş:
463

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər