BANM-ın tələbələri yay istehsalat təcrübəsi keçirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri yay istehsalat təcrübəsi keçirlər

12:07 - 25 / 06 / 2018
BANM-ın tələbələri yay istehsalat təcrübəsi keçirlər

Hazırda Bakı Ali Neft Məktəbində (BANM) tələbələr hər il olduğu kimi yay istehsalat təcrübəsi keçirlər. Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

1news.az-a BANM-dan verilən məlumata görə, Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 125 nəfər tələbəsi Azneft İstehsalat Birliyinin “Bibiheybət” Neft Qaz Çıxarma İdarəsi (NQÇİ), Ə.C.Əmirov adına NQÇİ, H.Z. Tağıyev adına NQÇİ, Abşeron və “28 May” adına NQÇİ-lərində yay istehsalat təcrübələri keçirlər.

“Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 133 nəfər tələbə isə  yay istehsalat təcrübəsini Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində keçirlər.

BANM-ın üçü “Neft-qaz mühəndisliyi”,  ikisi “Kimya mühəndisliyi” ixtisasında təhsil alan beş tələbəsi isə böyük neft və qaz servis şirkəti olan “Baker Hughes” şirkətində 3 aylıq yay istehsalat təcrübəsinə başlayıblar.

Cari ilin iyul ayının 1-dən etibarən isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 49 nəfər tələbə Emerson Process Management, AVANDSIS GROUP, Schneider Electric, ATENAU LTD, NÖC və Avtomatika MMC kimi şirkətlərdə təcrübəyə başlayacaqlar.

Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisələrdə gedən iş prosesi ilə yaxından tanış olur, orada istismarda olan qurğular və avadanlıqları, onlara nəzarət və idarəetmə sistəmlərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi bilikləri qiymətləndirilir və təcübələrin nəticələri haqqında hesabatlar tərtib edilir.

1news.az

 

 

Paylaş:
389

Son xəbərlər

İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42
Bütün xəbərlər