BANM-ın tələbələri SPE-nin "PetroBowl" Azərbaycan Çempionatının qalibi olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri SPE-nin "PetroBowl" Azərbaycan Çempionatının qalibi olublar

10:35 - 19 / 02 / 2018
BANM-ın tələbələri SPE-nin "PetroBowl" Azərbaycan Çempionatının qalibi olublar

Bakı Ali Neft Məktəbində (BANM) Neft Mühəndisləri Cəmiyyəti Azərbaycan Bölməsinin "PetroBowl" Azərbaycan Çempionatı keçirilib.

Ali Məktəbdən 1news.az-a verilən məlumata görə, çempionatda BANM və digər universitetlərdən olan doqquz komanda iştirak edib.

Neft sənayesinə aid sualların verildiyi intellektual yarışmada suallara ən tez və doğru cavab verən komandalar qalib gələrək növbəti tura vəsiqə qazanıb. Mübarizənin sonunda üç komanda qalib elan edilib. Birinci yerə Ali Məktəbin "OnePetro" komandası layiq görülüb. Qalib komandanın üzvləri BANM-ın “Neft-qaz mühədisliyi” ixtisasının 5-ci kurs tələbələri – Nərmin Abbaslı, Fərhad Qəfimov, Niyaz Əhmədzadə və Vaqif Əliyev olublar.

Çempionatda “Welldone” komandası ikinci, “Beyond Petrobowl” komandası isə üçüncü yerdə qərarlaşıb. Çempionatda səsləndirilən suallar SPE-nin gənc mütəxəssisləri tərəfindən hazırlanıb və məhz onlar çempionat zamanı qiymətləndirməni həyata keçiriblər. Xatırladaq ki, qaliblər Neft Mühəndisləri Cəmiyyəti Azərbaycan Bölməsinin sponsorluğu ilə 10-12 aprel tarixində Polşada baş tutacaq "PetroBowl" Regional Çempionatında Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, "PetroBowl" Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacığı "PetroBowl" Regional Çempionatında müəyyən edilir.

1news.az

Paylaş:
523

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər