BANM-ın tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçiblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçiblər – FOTO

10:26 - 22 / 01 / 2018
BANM-ın tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçiblər – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-ın təşkil etdiyi “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” adlı kursda iştirak ediblər.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) “Dənizdə insan həyatının mühafizəsi” üzrə təlim mərkəzində keçirilən kurslara Ali Məktəbin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 128 nəfər I kurs tələbəsi cəlb olunub.

Qeyd edək ki, yanvarın 11-dən 19-dək davam edən təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Nəzəri hissədə tələbələr ilkin olaraq dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar. Həmçinin, onlar təlimlər zamanı dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə haqda məlumatlandırılıblar. Praktiki hissədə isə tələbələr yuxarıda sadalanan qaydaların tətbiqini reallaşdırıblar.

Təlim mərkəzində tələbələrə həmçinin, üzgüçülük dərsləri də keçirilib. 

Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində reallaşdırılmış təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanın qoşulduğu konvensiyaların tələbləri çərçivəsində həyata keçirilib.

S.Xankişiyeva

 

Paylaş:
636

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər