BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir: 700 bal toplamış tələbə | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir: 700 bal toplamış tələbə

10:30 - 19 / 11 / 2018
BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir: 700 bal toplamış tələbə

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 700 bal toplamış Aslan Aşirov müsahibəni təqdim edir:

- Özünüz haqda bir az danışın.

Adım Aslandır, 17 yaşım var. Gürcüstanda anadan olmuşam, Azərbaycan vətəndaşıyam.169 saylı tam orta məktəbi bitirmişəm.

- Aslan, qəbul imtahanında ən yüksək nəticəni – 700 balı toplamağınızda ən çox kimin rolu var? 

Qəbul imtahanında göstərdiyim uğura görə başlıca olaraq valideynlərimə və qardaşlarıma, daha sonra müəllimlərimə, sonda isə dostlarıma təşəkkür edirəm. Onlar məni motivasiya etməseydilər yəqin ki bu nəticəni göstərə bilməzdim.

- Niyə I qrupa üstünlük vermisiz?

Mənim istədiyim ixtisas mehz I qrupda idi. Amma normalda humanitar fənləri daha çox sevirəm.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

BANM-ın Azərbaycanda istədiyim ixtisas üzrə daha yaxşı təhsil verəcəyini düşündüyüm üçün məhz BANM-ı seçdim. BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir. Düşünürəm bu elə keyfiyyətli təhsilə görədir.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

Boş vaxtlarımda dostlarımla görüşməyi, proqramlaşdırma üzrə maraqlanmağı və video oyunlar oynamağı sevirəm.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

Mən “İnformasiya təhlükəsizliyi” ixtisasini seçdim. Bu ixtisas yenidir və açılacağını eşitdiyim gündən ora qəbul olmaq arzum idi. Məqsədim bu sahədə yeni işlər görməkdir. Həm də nəyisə idarə etmək, qorumaq və təhlükəsizliyi təmin etməkdən xoşum gəlir.

- Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

Seçimimi sırf özüm etmişəm. Mən heç kimə valideynlərinin istədiyi ixtisas üzrə seçim etməi məsləhət görmürəm. Çünki gələcəkdə o ixtisas üzrə valideynlərin deyil, sən özün işləməli olacaqsan.

- Aslan, elə xüsusiyyətiniz varmı ki,  sizi digərlərindən fərqləndirə bilər?

Məncə hər kəsdə nəsə fərqlilik var. Məsələn, mən düşünürəm ki, mənim fərqliliyim öz fikrimi hər kəsin fikrindən üstün tutmağımdır.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?

Məncə gələcəyi parlaq olan ixtisaslar İT, kompüter mühəndisliyi və maliyyədir.

- BANM-ı bitidikdən sonra planlarınızda nə var?

Məqsədim gələcəkdə öz şirkətimi qurmaq və yerli saytların, şəbəkələrin təhlükəsizliyini təmin etməkdir.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

Məncə insanan bunun üçün məqsəd, ruh yüksəkliyi və yaxşı dostlar lazımdır.

- Nailiyyətlər insanın özünə yoxsa şansa daha çox bağlıdır?

Nailiyyət 99% insanın özünə, 1% isə şansa bağlıdır deyə düşünürəm.

- Dostlarınız çoxdur? Onları necə seçirsiz?

Mən dostlarımı nə bilik səviyyəsinə, nə də dünyagörüşünə görə seçmirəm. Sadəcə düşüncə tərzi düzgün və özümə yaxın hesab etdiyim insanlarla yaxınlıq edirəm.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

Məsləhətim odur ki, ruhdan heç vaxt düşməsinlər, özlərini motivasiya etsinlər və istirahətlərinə də vaxt ayırsınlar.

S.Xankişiyeva

 

Paylaş:
629

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər