BANM-ın tələbələri Malayziya dövlətinin təqaüdünü qazanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-ın tələbələri Malayziya dövlətinin təqaüdünü qazanıb

10:16 - 21 / 11 / 2018
BANM-ın tələbələri Malayziya dövlətinin təqaüdünü qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri – Ali Məktəbə 690 və 695 balla daxil olmuş Proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs  tələbələri Əli Yusifov və Elnur Şahbalayev neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın Petronas şirkətinin təqaüdünü əldə ediblər.

Tələbələr Malayziyanın Petronas Texniki Universitetində Petronas şirkətinin hesabına təhsil alacaq, təhsil haqqı, yataqxana və hər ay ehtiyyaclarını ödəmək üçün təqaüdlə təmin olunacaqlar. Ali Məktəbin tələbələri Petronas şirkəti  tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçdikdən sonra təqaüdə layiq görülüblər.

Bu münasibətlə Ali Məktəbin rektoru Elmar Qasımov tələbələr və onların valideynlərilə görüşüb. Rektor bacarıqlı və bilikli tələbələrilə fəxr etdiyini deyib və onları əldə etdiyi bu böyük nailiyyət münasibətilə təbrik edib.

Valideynlər öz növbəsində rektora BANM-da onların övladları, eləcə də bütün tələbələr üçün yaradılmış şəraitə və keyfiyyətli təhsilə görə təşəkkür ediblər. Valideyn Qalib Şahbalayev bildirib ki, oğlu BANM-da tədris aldığı bir ildə ingilis dilini mükəmməl mənimsəyib və güclü İKT biliklərinə yiyələnib. Məhz bunun nəticəsidir ki, bu gün o imtahan və xüsusi müsabiqədə qalib gələrək Malayziyada təhsil almaq üçün təqaüd qazanıb.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq edir. Ali Məktəbin tələbələri təhsillərini şirkətin həyata keçirdiyi “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində Malayziyada davam etdirəcəklər. 

S.Xankişiyeva

 

 

Paylaş:
393

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər