BANM-ın tələbələri “CanSat Azərbaycan” müsabiqəsində finala vəsiqə qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri “CanSat Azərbaycan” müsabiqəsində finala vəsiqə qazanıb

11:40 - 18 / 09 / 2018
BANM-ın tələbələri “CanSat Azərbaycan” müsabiqəsində finala vəsiqə qazanıb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan “CanSat Azərbaycan” müsabiqəsində iştirak ediblər.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ali Məktəbin 3-cü və 4-cü kurs “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”  ixtisasının 6 tələbəsi “İnterstellar” komandası adı altında BANM-ı təmsil ediblər. Komandanın kapitanı Pərvin Quliyeva, universitetdəki qrup rəhbəri isə kafedra müdiri Manafəddin Namazovdur.

Müsabiqənin şərtlərinə əsasən,  iştirakçılar uzunluğu 200 millimetrdən və diametri 120 millimetrdən böyük olmayan silindir formalı konteynere yerləşə bilən model hazırlamalı ve həmin konteyner kvadrakopter vasitəsilə 400 metr hündürlüyə qaldırılmalıdır. Model təxminən 400 metr hündürlükdə avtomatik olaraq konteynerden ayrılmalı və missiyanı müstəqil şəkildə yerinə yetirməlidir.  Model konteynerden ayrıldıqdan sonra paraşüt vasitəsilə 1-2 dəqiqə intervalında yerə enməli və yerə endiyi müddətdə telemetriya məlumatlarını- modelin çalışma müddətini, hündürlüyü, təzyiqi, temperaturu, batareya gərginliyini, GPS vaxt gostəricilərini, coğrafi uzunluğu, coğrafi enliyi, modelin sürətini və model peykin siqnal qəbul etdiyi cari peyk sayını 1Hz tezliyinde Xbee radio ötürücüsündən istifadə edərək yerüstü stansiyaya göndərməlidir. Həmçinin, model yerüstü stansiyadan göndərilən əmrə əsasən fotokamera vasitəsilə şəkil çəkməli və həmin şəkli modelin daxilindəki yaddaş qurğusunda saxlamalıdır.

Ali Məktəbin “İnterstellar” komandasında peyk modelinin hazırlanması üçün  görülən işlər 3 hissəyə bölünüb: Mexanika bölməsində Nəcəfov Hüseyn və Şəfiyeva Şəbnəm, Elektronika bölməsində Quliyeva Pərvin və Ağayev İsmət, Proqramlaşdırma bölməsində isə Kərimova Səadət və Əhədli Tərlan məşğul olur.

Ümumilikdə müsabiqəyə müxtəlif universitetlərdən 30-dan çox komanda qoşulub. Üç mərhələdən ibarət olunan yarışın ilk mərhələsində layihənin ilkin hesabat sənədini təqdim edən 31 komandadan 15-i ikinci mərhələyə keçə bilib.  Növbəti mərhələdə isə  “Interstellar” komandasının yekun hesabat sənədi bütün komandalar arasından seçilərək 2-ci yerə layiq görülüb və komanda 24 sentyabrda keçiriləcək finala iştirak hüququ qazanıb. Komandanın kapitanı Pərvin Quliyevanın sözlərinə görə, komanda üzvlərinin peyk layihələrinə olan marağı onların bu yarışmada uğurla irəliləməsinə  səbəb olmuşdur.

Finalda 7 müxtəlif universitetdən 10 komanda iştirak edəcək. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsində keçirilən və nüfuza sahib olan “CanSat” müsabiqəsi Azərkosmos və Təhsil nazirliyinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2018-ci ildə keçirilmişdir.

S.Xankişiyeva

 

Paylaş:
343

Son xəbərlər

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57
Bütün xəbərlər