BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir – FOTO

10:35 - 16 / 11 / 2018
BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir – FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə Edilməsi (MBA) magistr proqramı uğurla davam edir.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ümumilikdə 120-dən artıq krediti əhatə edən zəngin bir proqrama malik bu proqramın əsas məqsədi qlobal mühitdə rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir. Ali Məktəbin beynəlxalq təcrübəyə malik professor heyəti isə yalnız BANM üçün nəzərdə tutulan ekskluziv və innovativ proqram hazırlayıblar.

BANM-ın MBA proqramına İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, Kapital qoyuluşu və Maliyyə strategiyaları, Risklərin idarə olunması və siğortalama v s. kimi əsas fənlər, eləcə də seçmə fənlər daxildir.

BANM-da MBA proqramını tədris edən müəllimlərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, BP şirkətiin İT layihələr üzrə qrup rəhbəri Faiq Nəsibov, İtaliyanın KT Kinetics Technology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Bioropean MMC-nin yaradıcısı və direktoru Emin İlyas, BANM-ın beynəlxalq təcrübəli professoru Cavanşir Əlizadə və digərlərinin adlarını çəkmək olar.

2018/2019-cu tədris ilinin ilk semestrində MBA tələbələri İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları və Menecerlər üçün mühasibat fənlərini keçirlər.

“Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil almaq arzum idi. Amma açığı, dərslərin bu dərəcədə mükəmməl təşkil olunacağını gözləmirdim. Bizə dərslər çox təcrübəli, tanınmış insanlar tərəfindən keçirilir. Öyrəndiklərimizin praktiki nümunələri məni çox ruhlandırır.” – deyə Ali Məktəbin MBA tələbəsi, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin kommersiya meneceri Famil İbrahimov bildirib.

S.Xankişiyeva

 

Paylaş:
540

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23
Bütün xəbərlər