Bank Respublika manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırıb

15:19 - 15 / 02 / 2018
Bank Respublika manat və dollar əmanətləri üzrə faiz dərəcələrini artırıb

İndi əmanətindən gəlir əldə etmək istəyənlər daha faydalı əmanət faizlərindən faydalana bilərcəklər.

Bu gündən etibarən Bank Respublika fiziki şəxslərin manat və ABŞ dolları ilə yerləşdirilən müddətli əmanətləri üzrə faiz dərəcələrini artırdı.

Belə ki, milli valyuta ilə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin 12 aydan sonra çıxarıldığı təqdirdə illik 8%-dən 9 %-ə qaldırıldı. 24 ay müddətinə qoyulan əmanətlərdə faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda isə faiz dərəcəsi illik 10.5% təşkil edəcək.

Bank Respublika-da əmanətlərin yerləşdirməsinin bir neçə üstünlükləri də var. Əmanətin qarşısında sərfəli şərtlər ilə kredit almaqla yanaşı Mobil və İnternet Şöbə xidmətlərindən tam pulsuz istifadə etmək olar.

Depozit hesabını bankın istənilən filial və ya şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamış və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Kampaniya haqqında daha әtraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 144 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Bank Respublika, 25 il Sizə faydalı.

Reklam hüququnda

 

 

Paylaş:
619

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50
Bütün xəbərlər