Bank Respublika korporativ müştərilər üçün “Mobil Ofis” xidmətini təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika korporativ müştərilər üçün “Mobil Ofis” xidmətini təqdim edir

15:15 - 05 / 12 / 2017
Bank Respublika korporativ müştərilər üçün “Mobil Ofis” xidmətini təqdim edir

Bank Respublika hüquqi şəxslər və fərdi sahibkarlar üçün Mobil Ofis – yeni mobil əlavəsini istifadəyə verdi.

İndi Bank Respublikanın müştərisi olan hüquqi şəxslər banka gəlmədən öz hesablarına bu əlavə üzərindən nəzarət edə biləcəklər.

Yeni xidmət vasitəsilə cari və kredit hesablardan, əmanətlər və biznes-kartlarından  çıxarışları izləmək mümkündür. Mobil Ofis fon rejimində olduqda isə “Push-bildiriş” funksiyası vacib əməliyyatlarını qaçırmamaq üçün yardımçınız olacaq. Həmçinin, bir əlavəyə eyni zamanda bir neçə hüquqi şəxsin qoşulması mümkündür.

Bu proqramda fərdi sahibkarların biznes kartları ilə işləməsi imkanı, vəsaitləri vacib işlərdən ayrılmadan idarə etməyə imkan yaradır.

“Mobil Ofis-in ilkin versiyası korporativ müştərilərimizin tələbatlarını nəzərə alaraq, hazırlanıb. Hal-hazırda bu xidmət daha çox məlumat xarakteri daşıyır, lakin yaxın zamanda bir sıra yeniliklər əlavə olunacaq və orada real bir ofis ab-havası yaşanacaq” – deyə İdarə Heyəti sədrinin müavini Elnur Həsənov bildirib.

Bundan başqa, ilin sonunadək bank tamamilə yenilənmiş internet bankinq xidmətini (İnternet Ofis adlanacaq) korporativ müştərilərin istifadəsinə verməyə hazırlaşır.    

Xatırladırıq ki, buna bənzər Mobil Şöbə əlavəsi fiziki şəxslər tərəfindən qısa müddət ərzində rəğbətlə qarşılandı və hazırda bu xidmətin 5 mindən çox məmnun istifadəçisi var.

Xidmətə qoşulmaq üçün Bank Respublikanın istənilən ofisinə müraciət etmək olar.

Daha ətraflı məlumatı əldə etmək üçün 144 qısa telefon nömrəsi ilə əlaqə saxlaya bilərəsiniz.

Reklam hüququnda

Paylaş:
566

Son xəbərlər

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02
Bütün xəbərlər