“Baku Electronics” Amerikanın məşhur şirkətinin eksklüziv distributoru oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Electronics” Amerikanın məşhur şirkətinin eksklüziv distributoru oldu – FOTO

09:00 - 07 / 12 / 2018
“Baku Electronics” Amerikanın məşhur şirkətinin eksklüziv distributoru oldu – FOTO

“Baku Electronics” Amerikanın məşhur “Whirlpool” şirkətinin rəsmi-eksklüziv distributoru olub.

Bununla əlaqədar “Baku Electronics” və Whirlpool şirkətinin rəsmi nümayəndələrinin iştirakı ilə Abşeron Marriot otelində konfrans keçirilib. Konfransda məişət avadanlıqlarının qlobal lideri olan Whirlpool-un məhsul çeşidi də təqdim edilib.

Təqdimatla paralel olaraq, Cənubi Qafqazın ən böyük elektronika mağazası olan “Baku Electronics”in Nərimanov filialında aksiya keçirilib və Whirlpool soyuducularının ilk 10 müştərisinin alıcıları üçün hədiyyə olaraq paltaryuyan maşınlar təqdim edilib.

Konfransda Whirlpool Group-un Qafqaz və Moldova ölkələri üzrə satış meneceri David Gelaşvili deyib ki, Whirlpool brendinin yeni məhsullarını Azərbaycanda təqdim etməkdən çox məmnundurlar:

“Əminik ki, Azərbaycanlı istehlakçılar məhsullarımızdan razı qalacaqlar. Onları yeni aksiyalar və surprizlərlə sevindirməyi düşünürük”.

Whirlpool Group-un təlim meneceri Yuri Dolnik isə qeyd edib ki, Whirlpool şirkəti müxtəlif ölkələrdə 70-ə yaxın istehsal müəssisəsi və tədqiqat mərkəzi olan, illik dövriyyəsi 21 mld. dollara yaxın, işçi sayı 92 min nəfər olan dünyanın ən böyük məişət avadanlıqları istehsalçısıdır.

Qeyd edək ki, Whirlpool Amerika brendi dünyada məşhur markadır. Bu marka gündəlik həyatımızda istifadə olunan yüksək keyfiyyətli elektrik avadanlıqlarının istehsalı sahəsində liderdir. Hazırda ABŞ-da bu sahə üzrə dörd iri istehsalçı şirkət var ki, Whirlpool onların arasında birinci yerdədir.

“Whirlpool Group” hazırda dünyada məşhur olan Whirlpool, İndesit və başqa məşhur markaların sahibidir.

Reklam hüququnda

 

Paylaş:
1786

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər