Bakirə qızı edam etməzdən öncə zorladılar - azərbaycanlı Zəhranın faciəvi sonu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakirə qızı edam etməzdən öncə zorladılar - azərbaycanlı Zəhranın faciəvi sonu – FOTO

11:04 - 16 / 10 / 2018
Bakirə qızı edam etməzdən öncə zorladılar - azərbaycanlı Zəhranın faciəvi sonu – FOTO

Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə ölüm hökmü ləğv edilsə də İranda, İraqda, Səudiyyə Ərəbistanında edam cəzası hələ də qalmaqdadır. Edam edilənlər arasında qadınlar da kifayət qədərdir.

1news.az Big.az-a istinadən edam edilən qadınların bir neçəsini təqdim edir:

– İranda azərbaycanlı Zəhra Haşimi adlı xanıma əvvəl təcavüz edib, sonra edam ediblər.

İran İslam Respublikasının cəza qanunlarında bakirə qızı edam etməzdən öncə zorlayırlar.

Qeyd edək ki, İran Təhlükəsizlik Nazirliyinin əməkdaşı Zəhra Haşimiyə təcavüz etmək istəyib, ancaq o dirəniş göstərib və həmin şəxsi öldürüb. Məhkəmənin qərarı ilə Zəhraya ölüm hökmü verilib.

– İranda Kəşfiyyat Nazirliyinin keçmiş əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı qadın asılıb.

Amnesty İnternational hüquq müdafiə təşkilatının çağırışlarına baxmayaraq, edam hökmü ləğv edilməyib. Reyhan Cabbari ona təcavüz etməyə cəhd göstərən keçmiş kəşfiyyatçını 2007-ci ildə öldürüb. Hüquq müdafiəçilərinin fikrincə, cinayətin araşdırılması zamanı ciddi qanunsuzluqlara yol verilib. Ötən ay sosial şəbəkələrdə edam hökmünün ləğvi ilə bağlı kampaniya da başlamışdı.

– İranda 16 yaşlı Atifə Sahale dar ağacından asılaraq edam edilib.
13 yaşında olanda bir kişi ilə eyni maşında getdiyi üçün həbs olunan Atifə həbsdən çıxdıqdan sonra 51 yaşlı taksi sürücüsü tərəfindən təcavüzə uğrayıb.

Daha sonra imzasız bir şikayət məktubu ilə ikinci dəfə həbs edilən Atifə həbsxanada işgəncələrə məruz qalıb. Maraqlıdır ki, məhkəmədə hakim və prokuror eyni şəxs olub.

Barəsində edam qərarı verildiyi zaman Atifə 16 yaşında olduğu üçün Ali Məhkəmə qərarı təsdiqləməli idi. Başqa işlərdə Ali Məhkəmənin qərarı təsdiqləməsi uzun müddət tələb etdiyi halda Atifə ilə bağlı qərar 2 gün ərzində təsdiqlənib.

Edamdan əvvəl ailəsi ilə son görüşünə icazə verilməyən Atifə xalqın gözü qarşısında edam edilib və 40 dəqiqə boyunca cəsədi ağacdan sallandırılıb. Dəfn edildikdən bir gün sonra naməlum şəxslər cəsədini məzardan çıxararaq, ona təcavüz edib.

– İranda şiddət gördüyü ərini 2012-ci ilin fevral ayında öldürdüyü üçün 22 yaşlı Zeynep Sekaanvand edam edilib.

Beynəlxalq Əfv Təşkilatı İrandan 22 yaşlı qadına verilən edam cəzasının ləğv edilməsini istəyib.

Sekaanvand cinayətdə təqsirləndirilərkən hələ 17 yaşı var idi. Bu səbəbdən beynəlxalq hüquq qanunlarına görə, yetkinlik yaşında onun cəzası icra edilə bilməzdi.

İranda 40 yaşlı qadın edam edildi.

40 yaşlı Şəhla Cahidin İranın tanınmış futbolçularından olan Nasir Məhəmməd-Xani ilə siğəsi olub. Onun edamı “Amnesty International” da daxil olmaqla bir çox beynəlxalq təşkilatları ayağa qaldırıb.

Futbolçunun həyat yoldaşının meyiti 2002-ci ildə evində tapılıb. Hadisə yerindən cinayət aləti və ya hər hansı dəlil aşkarlanmayıb. Buna baxmayaraq, polis əməkdaşları Nasir Məhəmməd-Xaninin sevgilisi Şəhla Cahidi saxlayıb. Tehrandakı “Evin” həbsxanasında saxlanılan qadın bir il ərzində istintaqa heç bir ifadə verməyib. Lakin 2003-cü ildə o, günahını etiraf edib. Qadının vəkilləri etiraf ifadəsinin hədə-qorxu və işgəncə yolu ilə alındığını iddia edirlər. Bir qədər sonra Şəhla Cahid ifadəsindən imtina edib. Lakin məhkəmə onun barəsində edam hökmü çıxarıb.

– Səudiyyə Ərəbistanı ilk dəfə insan haqları uğrunda mübarizə aparan ictimai fəal qadının edamına qərar verib.

Ölkənin qabaqcıl şiə fəallarından olan Əsra Əl Gamham 3 il əvvəl həyat yoldaşı ilə birlikdə həbs edilmişdi. Hər iki şəxsin ölümünə qərar verən məhkəmə onların başının kəsilərək edam edilməsini tövsiyə edib.

İnsan Haqqları Müşahidə Təşkilatı qərarı vəhşilik adlandırıb və Gamhamın heç bir zorakılıq törətmədiyini bildirib.

Qeyd edək ki, Əsra Əl Gamham 2011-ci ildə Şərq Əyalətində nümayişləri başlatmaqda ittiham edilir. Son 1 ildə Səudiyyədə “Mülayim İslam” qaydaları tətbiq edilsə də, ölkədə hələ də siyasi partiya qurmaq və nümayiş keçirmək qadağandır.

– İranda hollandiyalı qadın edam edilib.

Hollandiya və İran vətəndaşı olan Sahra Bəhrami narkotik qaçaqmalçılığı üstündə edam edilib. Bu barədə İran rəsmiləri xəbər veriblər. 46 yaşlı Bəhrami hökumət əleyinə nümayişlərdə iştirak etmişdi.

– İŞİD terror təşkilatı döyüşçüləri ilk dəfə suriyalı jurnalist qadın Rukiyə Həsən Rakkada edam edilib.

Onun nə vaxt terrorçulara əsir düşdüyü məlum deyil. İlkin ehtimallara görə, R.Həsən casusluq ittihamı ilə edam olunub. Bu, İŞİD-çilərin edam etdiyi 5-ci jurnalistdir.

– İŞİD rəhbərinin bacısı İraqda edam edilib.

İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror qruplaşmasının rəhbəri Əbu Umar əl-Bağdadinin bacısı barədə edam hökmü çıxarıb.

Məhkəmə İraqın terrorçuluqla mübarizə haqqında qanununa müvafiq hökm çıxarıb – adı açıqlanmayan qadın asılaraq edam olunub. Onun əri də terrorçu olub və daha əvvəl edam edilib.

1news.az

Paylaş:
25792

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər