1news.az

Bakının bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

17 Noyabr saat 17:47 bir dəqiqəlik oxu 70
Bakının bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Sabah Bakının bir hissəsinin elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

1news.az xəbər verir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10  kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq noyabrın 18-də saat 01.30-dan 04.30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan və Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net