Bakının 3 rayonuna təbii qazın verilməsi məhdudlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının 3 rayonuna təbii qazın verilməsi məhdudlaşdırılır

09:13 - 14 / 08 / 2018
Bakının 3 rayonuna təbii qazın verilməsi məhdudlaşdırılır

Bu gün Bakının 3 rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, yeni çəkilmiş diametri 530 millimetrlik “30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 294 metrlik və 325 millimetrlik, “30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar avqustun 14-də saat 10:00-dan təmir işləri tamamlananadək Bakının Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

1news.az

Paylaş:
418

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06
Bütün xəbərlər