Bakıda Yaponiyanın milli bayramı qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Yaponiyanın milli bayramı qeyd edilib - FOTO

21:39 - 05 / 12 / 2017
Bakıda Yaponiyanın milli bayramı qeyd edilib - FOTO

Dekabrın 5-də Yaponiyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İmperatorun ad günü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Teruyuki Katori bildirib ki, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan səfir bu il diplomatik münasibətlərin 25 illiyinin qeyd edildiyini söyləyib. O vurğulayıb ki, ötən dövr ərzində ölkələrimiz arasındakı münasibətlər davamlı şəkildə inkişaf edib. Siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da dərinləşib. Yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir.

Səfir qeyd edib ki, dekabrın 1-dən Azərbaycanın ümumvətəndaş pasportunun sahibləri üçün vizanın verilməsi şərtlərinin asanlaşdırılmasına başlanılıb.

Azərbaycan hökuməti adından Yaponiya xalqını milli bayram münasibətilə təbrik edən vergilər naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır. Nazir qeyd edib ki, Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir, ikitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır.

Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlıq edən nazir ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
787

Son xəbərlər

Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27
Bütün xəbərlər