Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya keçiriləcək

18:19 - 20 / 11 / 2017
Bakıda xərçəngdən əziyyət çəkən jurnalist üçün aksiya keçiriləcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı xeyriyyə aksiyası keçirəcək. 

1news.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, aksiya bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış mədəniyyət yazarı, jurnalist Ülviyyə Həsənqızına dəstək məqsədilə gerçəkləşdiriləcək

Belə ki, Kukla Teatrında nümayiş etdiriləcək tamaşadan əldə olunan vəsait jurnalist xanımın bank hesabına köçürüləcək. Nümayiş olunacaq səhnə işinin ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi böyüklər üçün nəzərdə tutulub.

Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır. İnsana, insanlığa, fərd olaraq ətrafımızdakılara qarşı diqqət və sevgini təlqin edən tamaşada iştirakla siz də ağır xəstəliklə təkbaşına mücadilə edən yazardan dəstəyinizi əsirgəməyin.

Tamaşa 26 noyabr saat 18:00-da nümayiş olunacaq.

Ülviyyə Həsənqızı anası ilə yaşayır və hazırda işsizdir. O,  mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistdir. 

Ülviyyə Həsənqızına kömək etmək istəyən şəxslər aşağıdakı yollarla ödəniş edə bilərlər: 

İstənilən bankdan ACCESBANK hesabına ödəniş üçün:

Kod : 503552

VÖEN : 1400057421

M/H : AZ10NABZ01350100000000056944

Swift : ACABAZ22

Cari hesab: : AZ06ACAB00210100000000556352

1news.az

Paylaş:
502

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər