Bakıda VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb

09:56 - 20 / 09 / 2018
Bakıda VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb

Bu gün Bakıda VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018” işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, forumda çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun Azərbaycan hökuməti və “Caspian European Club”un dəstəyi ilə keçirildiyini deyib.

Bildirib ki, “Caspian Energy Forum Baku-2018”də 70 ölkədən olmaqla sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən çox nümayəndə iştirak edir.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, forum siyasi və iqtisadi əməkdaşlığa öz töhfəsini verir. Builki forum əlamətdar günə - "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümünə təsadüf edir. “Caspian Energy Forum Baku” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin müxtəlif qurumları və şirkətlərinin nümayəndələrinin bir araya toplaşdığı və yeni əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Nazir 24 il öncə imzalanan "Əsrin müqaviləsi"nin əhəmiyətindən, ölkəmizə qazandırdığı və bundan sonra da qazandıracağı dividentlərdən danışıb: “Hazırda biz regionun, eləcə də Avrasiyanın enerji xəritəsini dəyişəcək "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçirir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. Həmçinim Balkan ölkələrinim təbii qaza olan tələbatının böyük hissəsini ödənəcək. Bu boru kəmərləri zəncirinin əsas qaz mənbəyi "Şahdəniz" yatağıdır və gələcəkdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların resurslarında da istifadə edilə bilər".

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum Baku-2018”in iştirakçılarına ünvanladığı video müraciəti dinlənilib.

1news.az

Foto: Report

Paylaş:
437

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər