Bakıda Ukraynanın Müstəqillik Günü qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Ukraynanın Müstəqillik Günü qeyd edilib

10:05 - 13 / 09 / 2019
Bakıda Ukraynanın Müstəqillik Günü qeyd edilib

Bakıda Ukraynanın Müstəqilliyinin 28-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus rəhbərləri, Ukrayna diasporu təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Ukraynanın fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski qonaqları salamlayaraq, ölkəsinin müstəqillik illərində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən  söz açıb. O deyib ki, bu nailiyyətlər heç də asan başa gəlməyib.

“1991-ci ildə və sonralar müstəqilliyin SSRİ dağıldıqdan sonra sanki bizə göydən düşdüyü barədə fikri tez-tez eşitmək olardı. Bu insanlar bizim dövlətçiliyimizə və Ukraynanın özünə də təsadüfi qənimət və ya lotereyada uduş kimi baxırdılar. Lakin, tarix göstərmişdir ki, azadlığa və müstəqilliyə həvəs Ukrayna xalqının qəlbinin təkrarsız və unikal çağırışıdır, hansı ki milyonlarla insanın həyatı bahasına əsrlərlə bərkiyib. Bizi aclıqla öldürən, güllələyən, təhqir edən və assimilyasiya edən dövrləri xatırlayan şahidlər hələ də sağdır.

Biz heç zaman təslim olmadıq, azad və müstəqil ölkədə yaşamaq, Ukrayna dilində danışmaq və ukraynalı olduğumuz üçün fəxr etmək haqqı üçün mübarizə aparmağa davam edirdik”, səfir deyib.

O vurğulayıb ki, beş il öncə bizim evlərimizə yenidən müharibə gəldiyi zaman, anladıq ki, müstəqillik bizim milli dəyərimizdir, biz kimsəyə ona əl uzatmağa və ona laqeyd yanaşmağa imkan verməyəcəyik:

“Məhz buna görə on minlərlə könüllü ukraynalı hər an Ukraynanın azadlığı və müstəqilliyi naminə öz həyatlarını verməyə hazırdır. Bu gün heç bir zaman olmadığı qədər özümüzü bütöv millət kimi hiss edirik.

Bu yaxınlarda Ukraynada keçirilmiş prezident seçkilərin bir daha Ukraynanın mədəni və demokratik dövlət olduğunu göstərdi. Biz mürəkkəb daxili dəyişikliklər və daimi xarici təcavüz üzərindən dönməz şəkildə Avropa və Avroatlantik məkana inteqrasiya kursu ilə hərəkət edirik. Biz, ukraynalılar, əminik ki, məhz bu yol bizi sülh və əmin-amanlığa aparacaq və gələcək uğurlu inkişafın təminatı olacaqdır. Aydın məsələdir ki, bizim əsas məqsədimiz sülhdür. Lakin sülh üçün də mübarizə aparmaq və təcavüzkardan qorunmaq lazımdır. Bu mübarizədə biz beynəlxalq yardım və tərəfdaş-ölkələrin səmimi dəstəyinə xüsusi dəyər veririk.

Diplomat Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair dəyişməz mövqeyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O deyib ki, Ukrayna və Azərbaycan arasında ikitərəfli münasibətlər qədim tarixə malikdir, dost və inam ruhunda qurulub: 

“Həyatımın müxtəlif dövrlərində Azərbaycana səfər etmək imkanım olub. Qısa zamanda burada böyük dəyişikliklərin baş verdiyini öz gözlərimlə görə bildim. Azərbaycan müasir, müvəffəq və stabil dövlətə çevrilib. Ukrayna Azərbaycanın uğurlarına ürəkdən sevinir! Ukrayna və Azərbaycanı yüksək vətənpərvərlik hissi, və, təəssüflər olsun ki, ümumi acı – doğma yurdun bir hissəsini itirmək acısı birləşdirir.

Lakin bu acı bizi bərkdib və hər gün bizi daha da güclü edir. Bu səbəbdən tam əminəm ki, bizim müvəffəqiyyətimiz və stabilliyimiz Ukrayna və Azərbaycanın dövlət suverenliyinin dönməz şəkildə bərpasına gətirib çıxaracaq”.

Bu gün Ukrayna və Azərbaycan həm ikitərəfli, həm də regional əsaslarla bir çox birgə strateji layihələr həyata keçirir. Əminəm ki, biz uğurlu və qarşılıqlı əlverişli əməkdaşlıq yolu ilə getməyə davam edəcəyik”.

Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Xələf  Xələfov Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Ukrayna və Azərbaycan arasında dost və strateji tərəfdaşlıq münasibətləri qurulub. O, Ukrayna xalqına sülh və çiçəklənmə arzu edib.

Nazir müavini bildirib ki, iki ölkə arasında münasibətlər inkişaf edir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Ukrayna Azərbaycanın etibarlı iqtisadi tərəfdaşıdır. Bir çox sahələrdə olduğu kimi, enerji sahəsində də sıx əlaqələr var. Ölkələrimiz arasında strateji tərəfdaşlıq qarşılıqlı səylər nəticəsində daha da möhkəmlənir.

O, Ukrayna və Azərbaycanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini deyib:

“Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti vardır”, - deyən nazir müavini Azərbaycan xalqı və dövlətinin öz torpaqlarının işğalına heç vaxt yol verməyəcəyini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində, habelə işğal altındakı ərazidə qondarma “yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edən nazir müavini güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulayıb: "Odur ki, belə yol seçənlər gec-tez iflasa uğrayacaq”.

Tədbir çərçivəsində Ukrayna xalqı qarşısında xüsusi xidmətlərinə görə, eləcə də Ukrayna Müstəqillik Günü münasibətilə səfir Milli Məclisin Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupunun rəhbəri  Rüfət Quliyev Ukrayna Ali Radasının Fəxri Fərmanı və döş nişanı ilə təltif edilib.  Bundan əlavə, vətənpərvərlik, Ukrayna və Azərbaycan xalqları arasında dost münasibətlərinin möhkəmləndirilməsinə dair xüsusi xidmətlərinə görə "Azərbaycanın Ukrayna Konqresi" İB sədri Yuriy Osadçenko, "Azərbaycanın Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai birliyinin "Vətən uğrunda" medalı ilə təltif ediliblər. 

Tədbir çərçivəsində Azərbaycanda Ukrayna mədəniyyəti, incəsənəti və memarlığının tanınması məqsədilə səfirlik və Milli Kiyev-Peçer tarix-mədəniyyət qoruğu ilə birgə "Kiyev-Peçer lavrası. Tarix və müasirlik" adlı bədii foto şəkillərdən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçıları Ukraynanın hərbi-texniki potensialı ilə tanış oub, eləcə də "Ukrayna məhsulları" mağazalar şəbəkəsi tərəfindən təqdim edilmiş Ukrayna məhsullarını dadmaq və "ASPİ AGRO" MMC təqdim etdiyi Azərbaycan şərablarıni dequstasiya ediblər. 

P.S.

 

Paylaş:
542

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər