Bakıda regionlardan olan fırça ustalarının əsərləri sərgilənəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda regionlardan olan fırça ustalarının əsərləri sərgilənəcək

15:47 - 22 / 10 / 2017
Bakıda regionlardan olan fırça ustalarının əsərləri sərgilənəcək

Noyabrın 10-da Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində regionlardan olan gənc rəssamların əsərlərindən ibarət “Təsviri sənət” adlı rəsm sərgisi açılacaq.

1news.az xəbər verir ki, bu barədə akademiyanın “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq. Sözügedən sərgi respublikanın bir neçə şəhər və rayonlarında açılacaq, kataloq dərc olunacaq, iştirakçilara sertifikatlar təqdim ediləcək.

14-29 yaş arası fırça ustalarının qatıla biləcəyi sərgiyə rəngkarlıq və qrafika texnikalarında işlənmiş sərbəst mövzuda işlər təqdim oluna bilər.

Qrafika işləri A3 və A4 formatında, rəngkarlıq işləri isə maksimum 100 x100 ölçüdə olmalıdır. Rəsmin arxa tərəfində işin adı, işlənən texnika, müəllifin adı, soyadı, atasının adı və əlaqə nömrəsi qeyd olunmalıdır.

Rəsm işlərini noyabrın 10-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına təqdim etmək lazımdır.

1news.az

Paylaş:
884

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər