Bakıda Qazaxıstanın tanınmış sənət adamları ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Qazaxıstanın tanınmış sənət adamları ilə görüş keçirilib - FOTO

17:28 - 18 / 03 / 2019
Bakıda Qazaxıstanın tanınmış sənət adamları ilə görüş keçirilib - FOTO

Azərbaycan Milli Konservatoriyasında Qazaxıstanın məşhur bəstəkarı, bu ölkənin əməkdar incəsənət xadimi Toleqen Muhamedcanov və xalq artisti Nurcamal Usenbayeva yaradıcılıq görüşü keçirilib.

1news.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istindala xəbər veri ki, tədbirdə bu ölkənin Bakıdakı səfiri Beybit İsabaev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, səfirliyin diplomatları, konservatoriyanın müəllim və tələbələri, yaradıcı ziyalılar, media nümayəndələri, Qazaxıstanın "Dostlar klubu" üzvləri iştirak ediblər.

Qonaqları ictimaiyyətə təqdim edən rektor S.Kərimi onların Qazaxıstanın musiqi sənətinin inkişafında və təbliğində böyük töhfələrini qeyd edib. O deyib ki,  görüş tələbələrə və müəllimlərə tanınmış bir ailənin yaradıcılıq fəaliyyəti ilə  daha yaxşı tanış olmalarına, bu istiqamətdə təcrübələrin öyrənilməsinə imkan verəcək.

Öz növbəsində, Qazaxıstanın səfiri B.İsabayev bildirib ki, T.Muhamedcanov və N.Usenbayevanın yalnız Qazaxıstanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tanınırlar.

Onun sözlərinə görə, yaradıcılıq görüşünün keçirilməsi iki ölkə arasında mədəni və musiqili əlaqələrin daha da möhkəmləndirilməsinə kömək edir. B.İsabayev Prezident Nursultan Nazarbayevin "Gələcəyə baxış: ictimai şüurun müasirləşdirilməsi" və "Böyük Çölün Yeddi tərəfi" adlı proqram xarakterli məqalələrində qarşıya qoyulmuş məqsədlər nəzərə alınaraq tədbirin vacibliyini vurğulayıb.

Sonda, yaradıcılıq tədbirinin təşkili üçün Milli Konservatoriyanın rəhbərliyinə təşəkkür edib.

Görüşdə Azərbaycan ictimaiyyəti Qazaxıstanın incəsənət xadimləri ilə danışmaq və onlara suallar vermək üçün yaxşı bir fürsət əldə ediblər. Söhbət zamanı Qazaxıstandan olan  bəstəkar və xalq artisti maraqlı həyatı xatirələrini, Bakı ilə bağlı təəssüratlarını bölüşüblər, həmçinin yaradıcılıq fəaliyyəti haqqında danışıblar.

Tədbirdə xalq artisti N.Usenbayeva bir sıra əsərlər ifa edib.

P.Sultanova

 

 

 

Paylaş:
403

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər