Bakıda özəl klinikada xəstəni səhv müalicə etdilər, ayağı kəsildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özəl klinikada xəstəni səhv müalicə etdilər, ayağı kəsildi

15:24 - 16 / 10 / 2018
Bakıda özəl klinikada xəstəni səhv müalicə etdilər, ayağı kəsildi

Jurnalist Məmməd Həmidovun qohumu "Modern Hospital”da yanlış müalicə edildiyi üçün ayağı amputasiya olunub. 

1news.az-ın Unikal.org-a istinadla verdiyi xəbərə görə, şikayətçi bildirib ki, avqustun 18-də "Modern Hospital”ın "Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasiyenti, 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib: 

"Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı "Modern Hospital”da müalicə etdilər. Nəticədə, xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili şəkildə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı "Modern Hospital”da onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi.

Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə "Modern Hospital”ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün "Modern Hospital”a ödədikləri iki min manat pul onlara qaytarılsın ki, çox borca düşməsinlər.

Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti ağır olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır”. 

Sözügedən məsələ ilə bağlı "Modern Hospital”dan məlumat verilib:

"18. 08.2018-ci il tarixində pasiyent, 1952-ci il təvəllüdlü Şəki rayonunun Baş Göynük kənd sakini Vəliyev Ələsxan Salman oğlu xəstəliyinin irəliləmiş (ağır) mərhələsində klinikamıza müraciət edib. Həkim endokrinoloq Gülay Məmmədovadan müalicə almaq istəyən xəstəyə, həkimimiz tərəfindən baxılıb və diaqnozu ağır olaraq qoyulmuş xəstəyə vəziyyət ətraflı izah edilib. Buna rəğmən, xəstə vəziyyətdən xəbərdar olduğunu və dr. Gülay Məmmədovanın müalicə prosedurunu qəbul etmək istədiyini söyləyib və öz razılığı ilə qəbul edib. Bu, xəstənin anamnezində də öz əksini tapır.

Təbii ki, müalicə aldığı yeri seçmək xüsusunda hər bir pasiyent müstəqildir, bizim buna qarışma hüququmuz yoxdur. Xəstə Vəliyev Ələsxan Salman oğlu bir müddət sonra başqa özəl klinikada tapdığı digər həkimdən müalicə almaq istədiyini söyləyib, istəyi müqabilində isə müalicəni dayandıraraq seçmiş olduğu digər klinikaya üz tutub.

Biz həkimimizin seçdiyi müalicə üsulunun doğruluğuna əminik, heç bir yanlış müalicədən söz gedə bilməz. Bu epiqrizlərdə, anamnezlərdə də öz əksini ətraflı şəkildə tapır”.

1news.az

Paylaş:
612

Son xəbərlər

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24
Bütün xəbərlər