Bakıda məşhur restoranda kütləvi zəhərlənmə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə olub

12:22 - 13 / 08 / 2018
Bakıda məşhur restoranda kütləvi zəhərlənmə olub

Bakının Nərimanov rayonunda yerləşən “Tonqal” restoranında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə 1news.az-a Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Məlumata görə, avqustun 11-də axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının  pozulduğu müəyyən olunmuş  və faktla bağlı  protokol tərtib edilib.

Hadisə nəticəsində zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir.

Hazırda onların vəziyyəti qənaətbəxşdir.

S.Xankişiyeva

 

Paylaş:
550

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edib08 / 05 / 2024, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA08 / 05 / 2024, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 108 / 05 / 2024, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşüb08 / 05 / 2024, 15:48
Bütün xəbərlər