Bakıda lombardda külçə fırıldağı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda lombardda külçə fırıldağı

15:23 - 22 / 04 / 2019
Bakıda lombardda külçə fırıldağı

Bakıda fəaliyyət göstərən lombardlardan birinin sahibi dələduzun qurduğu iriməbləğli kələyin qurbanına çevrilib.

1news.az-ın Oxu.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

29-cu polis bölməsinin əməkdaşları Moskva prospektində yerləşən lombardın hüquqşünası Vüsal Məmmədovdan daxil olan şikayəti araşdırır.

Şikayət ərizəsinə əsasən, bir neçə gün əvvəl 60 yaşlı Bakı sakini Tofiq İsmayıl adlı sakin lombarda gəlib. O, 19 qızıl külçəsi girov qoyaraq, 41 363 manat məbləğində borc götürüb. Qızıl külçələrin hərtərəfli araşdırılmasından sonra onların heç də qızıldan olmadığı məlum olub. Metal külçələr, sadəcə, qızıl suyuna salınıb.

Polis bölməsindən bildiriblər ki, hələlik fakt üzrə heç kəs saxlanılmayıb, müsadirə olunmuş külçələr ekspertizaya təqdim olunub.

"Qaydalara görə, lombardda peşəkar zərgər işləməlidir, qiymətli əşyaların qəbuluna görə cavabdeh olmalıdır. İndiki halda belə bir mütəxəssis olsaydı, fırıldaqçının bu əməli də baş tutmazdı. Ancaq çox vaxt görürük ki, biznesmenlər öz yanlarına peşəkarlıqdan anlayışı olmayan qohumlarını və tanışlarını işə götürür", - deyə polis bölməsindən bildiriblər.

Başqa bir iri dələduzluq hadisəsini Nəsimi rayon Polis İdarəsinin müstəntiqləri araşdırır.  Şikayətçi zərgərlik dükanının 32 yaşlı sahibi Valeh Rəhimovdur. Sahibkar əmin edir ki, işçisi 120 min dollar dəyərində qızıl-zinət əşyalarını mənimsəyib. Hələlik şübhəlinin günahı sübuta yetirilmədiyindən adı açıqlanmır. Müstəntiqlər qadının dələduzluqda iştirak edib-etmədiyini araşdırır.

S.Xankişiyeva

 

Paylaş:
497

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər