Bakıda ilk Milli Turizm Sammiti keçirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk Milli Turizm Sammiti keçirilir – FOTO

11:01 - 18 / 10 / 2018
Bakıda ilk Milli Turizm Sammiti keçirilir – FOTO

Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti öz işinə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə keçirilən sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak edir.

Tədbiri açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır.

Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısından xəbər verir. Qısa fəaliyyəti dövründə turizm sahəsinin inkişafı istiqamətində bir sıra işlər görən agentlik hazırda yeni layihələrin reallaşmasına çalışır. Bu gün geniş ictimaiyyətə təqdim olunacaq Azərbaycanın yeni turizm brendi bu qəbildəndir.

Sonra Azərbaycanın yeni turizm brendi təqdim edilib.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının qərarı ilə iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirildiyindən turizm dövlət əhəmiyyətli sənaye sahəsi və biznesdir. Ölkə rəhbərliyi turizm sahəsinin inkişafına xüsusi diqqət ayırır. Məhz bu ticarət markası ilə yaxın illərdə ölkəmiz kompleks turistik məhsullar və xidmətlərlə bu sahədə öz yerini möhkəmləndirəcək. Bütün bunlar isə dövlətin büdcəsinin formalaşdırılmasına, əlavə iş yerlərinin açılmasına, əhalinin geniş kəsiminin gəlirlərinin artmasına kömək edəcək. Brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə hazırlanıb. İşin əsas hissəsi brendinq üzrə dünyaca tanınmış şirkətlərin, uzun illər bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, korporasiya və dünya miqyaslı tədbirlərin brendinqini həyata keçirən “Landor Associates” şirkəti tərəfindən hazırlanıb.

Qeyd edək ki, yeni brendin dünya ictimaiyyətinə təqdimatı bu ilin noyabrında Londonda keçiriləcək Dünya Səyahət Bazarı (London WTM) sərgisində reallaşacaq.

S.Xankişiyeva

Paylaş:
391

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər