Bakıda ilk dəfə “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda ilk dəfə “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

13:35 - 14 / 06 / 2018
Bakıda ilk dəfə “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Azərbaycanın paytaxtı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının “Global ATM Summit” ümumdünya sammitinə ev sahibliyi etmək üçün seçilib. 

1news.az  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə qəbul edilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib.

“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.

Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.

2020-ci il üçün tədbirin əsas mövzusu gələcəkdə hava axınlarının qlobal təşkilinin strateji istiqamətini müəyyənləşdirən yenidən baxılmış “CANSO: Fit for the Future of ATM” proqramın təsdiq edilməsi olacaq.

Son illərdə sammit Dublində (2014), Durbanda (2015), Vankuverdə (2016) və Kopenhagendə (2017) keçirilmişdir. Bu il Banqkokda keçirilən sammit 2019-cu ildə Cenevrədə keçiriləcək.

CANSO ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.

Bu gün CANSO-nun bütün dünyadan 164-dən çox üzvü var. Azərbaycan 2005-ci ildən təşkilatın üzvüdür.

“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan verib.

1news.az 

Paylaş:
343

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər