Bakıda “Hindistan azərbaycanlı rəssamların gözü ilə” səgisi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Hindistan azərbaycanlı rəssamların gözü ilə” səgisi - FOTO

11:58 - 18 / 02 / 2019
Bakıda “Hindistan azərbaycanlı rəssamların gözü ilə” səgisi - FOTO

Hindinstanın Azərbaycandakı səfirliyində balaca rəssamların əl işlərindən ibarət “Hindistan azərbaycanlı rəssamların gözü ilə” adlı rəsm sərgisi təşkil olunub.

1news.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Hindistanın Azərbaycandakı müvzqqəti işlər vəkili Govindan Paçeni bildirib ki, hazırda ölkələrimiz arasında dostluq və bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf etməkdədir.

“Biz inkişaf edən əlaqələrimizi daha da genişləndirmək məqsədilə bir sıra əməkdaşlıq sahələrini müəyyənləşdirmişik. Əslində, Hindistanla Azərbaycan arasında əlaqələrin kökü çox qədim dövrlərə gedir. Məsələn, “Atəşgah” od məbədi ilə bağlılığımız buna sübutdur.

Son vaxtlarda Mədəni Mübadilələr Proqramını imzalamışıq və onun əsasında ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyə başlamışıq. Əminik ki, bu proqram əsasında daha böyük işlər görə biləcəyik”, deyə diplomat bildirib.

Əlavə edib ki, sərgidə 7-15 yaş arasında olan təxminən 100 rəssamın əl işləri sərgilənməkdədir. Hind mədəniyyəti və ənənələrini özündə əxz etdirən 150-dək rəsm əsərinin müəllifləri arasında ən azyaşlı rəssamın cəmi 7 yaşı olduğunu xatırladan G.Paçeni qeyd edib ki, həmin qəhrəman Arzu Şükürovadır. 

Diplomat çıxışının sonunda vurğulayıb ki, iştirakçısı olduğumuz sərgidə əslində heç vaxt Hindistanı görməyən balaca rəssamlar ölkələrimiz arasındakı qədim və zəngin tarixi-mədəni əlaqələri təbliğ etməyə çalışıblar.

Azərbaycan Rəssamlar İttifaqı Qrafika şöbəsinin rəhbəri Arif Hüseynov bildirib ki, Hindistan səfirliyinin belə bir mədəni layihə həyata keçirdiyini ilk dəfədir görür və buna görə çox şaddır:

“Gördüyümüz bu rəsm əsərlərinin sahibləri azyaşlı balacalardır. Onlar heç vaxt görmədikləri Hindistan haqda öz təsəvvürlərini rənglərin dili ilə canlandırmağa çalışıblar”.

Daha sonra Rəssamlar İttifaqının fəxri üzvləri Aygün İsgəndərova və Elnurə İsgəndərova diplomlarla təltif olunublar. Bundan sonra isə sərgi iştirakçısı olan azyaşlı rəssamların diplomlarla mükafatlandırılması mərasimi keçirilib.

Tədbir hind müsiqisinin sədaları altında bədii hissə ilə başa çatıb.

P.S.

 

Paylaş:
1416

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər