Bakıda həbsxanadan çıxan qardaş bacılarını doğradı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda həbsxanadan çıxan qardaş bacılarını doğradı – VİDEO

09:36 - 16 / 04 / 2019
Bakıda həbsxanadan çıxan qardaş bacılarını doğradı – VİDEO

Xəzər rayonunda qətl hadisəsi baş verib.

1news.az
ONA-ya istinadla verdiyi xəbərə görə, gecə saatlarında Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində yaşayan 1976-ci il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu sərxoş halda bacıları ilə mübahisə edib.

Mübahisə zamanı M.Əlimanov əvvəlcə bacısı 1964-cü il təvəllüdlü Əlimanova Səadət Şirbala qızına çoxsaylı bıçaq zərbəsi vurub. S.Əlimanova hadisə yerində ölüb.

Daha sonra o, digər bacısı 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Hadisə yerinə Xəzər rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları cəlb edilib. M.Əlimanov saxlanılıb.

Məlumata görə, M.Əlimanov əvvəllər Cinayət məccəlləsinin 120-ci maddəsi ilə məhkum olunub.

Qeyd edək ki, Xəzər RPİ-nin əməkdaşları ONA-nın hadisə yerində olan əməkdaşlarının işinə mane olmağa çalışıb. Polislər jurnalistlərə müqavimət göstərib.

1news.az

Paylaş:
383

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər