Bakıda havanın daha çox çirkləndiyi yerlər açıqlanıb – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda havanın daha çox çirkləndiyi yerlər açıqlanıb – RƏSMİ

16:11 - 22 / 05 / 2019
Bakıda havanın daha çox çirkləndiyi yerlər açıqlanıb – RƏSMİ

Nəticələr göstərir ki, Bakının Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlardan fərqli olaraq daha çox çirklənməyə məruz qalır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünyanın iri şəhərlərinə xas olan hava problemi Bakı şəhəri üçün də səciyyəvidir.

Burada iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın sıxlığı atmosfer havasına öz mənfi təsirini göstərməkdədir.

U.Tağıyeva əlavə edib ki, may ayında keçirilən atmosfer havasının səyyar monitorinqinin nəticələrinə əsasən, Bakının Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub. Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur: "Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti fəaliyyətinin aparılması ilə bağlıdir. Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır".

U.Tağıyeva bildirib ki, nəqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel prospekti, 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan-Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksid və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatın sıx olduğu ərazidir. Digər ərazilərlə müqayisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da "Neft Emalı Zavodu"nun təsiri ilə bağlıdır.

Departament direktoru deyib ki, Bakı şəhəri Heydər Əliyev adına “Neft Emalı Zavodu" ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə mügayisədə daha yüksək olub:

"Müqayisə aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə - Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot-4 oksid, kükürd qazı, dəm qazı, toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər".

U.Tağıyeva bildirib ki, Sumqayıt şəhərində aparılan analoji monitorinqlərin nəticələrinə əsasən, Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub:

"Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu, bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tətbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür. Nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində tədbirlər davam etdirilir".

S.Xankişiyeva

 

Paylaş:
508

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər